AVMVİB sədrindən Türkiyə xalqına başsağlığı

Aktual / Siyasət / Cəmiyyət / Manset 06-iyl, 23:309 tv713 10 0




Türkiyə Respublikasının İraqın şimal ərazisində həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində 2022-ci ilin 28 may tarixində terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olmuş bir türk zabitinin nəşinin axtarışı zamanı faciəvi hadisə baş verib. Belə ki, cari ilin 6 iyul tarixində aparılan əməliyyat-axtarış tədbirləri zamanı mağarada metan qazının sızması nəticəsində 19 türk hərbi qulluqçusu zəhərlənmiş, onlardan 5 nəfəri şəhid olmuş, 10 nəfər isə müalicə üçün xəstəxanaya yerləşdirilmişdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və təşkilat adından şəhid olan qardaş Türkiyə əsgərlərinin ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verilmişdir.

AVMVİB sədri Füzuli Rzaquliyev başsağlığı müraciətində bildirmişdir:

“Türkiyə Silahlı Qüvvələrinin qəhrəman övladlarının şəhidliyi bizi dərindən kədərləndirdi. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Biz bu ağrılı günlərdə qardaş Türk xalqının yanındayıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa, ailələrinə səbir diləyirik. Allah Türkiyəmizi və ordusunu qorusun.”

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi şəhid olan türk əsgərlərinin müqəddəs ruhunu ehtiramla yad edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

AVMVİB-in Mətbuat xidməti
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr