168 nəfəri qətlə yetirdi, ölüm anındakı SON İSTƏYİ DƏHŞƏTƏ SALDI - FOTO
Ölüm cəzasına məhkum edilən şəxslərin son istəkləri xeyli maraqlı olurmuş. Xüsusən də, bu barədə ilk dəfə eşidənlər üçün. Bu məhkumların son yemək istəkləri isə xeyli təəccüblüdür.
BEŞ.AZ ölüm cəzasına məhkum edilənlərin son yemək istəklərini təqdim edir.
1963-cü ildə edam edilən Victor Feguarın son yemək istəyi bir ədəd zeytun olub. Bu istək isə sülh simvolu olan zeytunun öləndən sonra onun içərisində yetişəcəyi kimi yozulur. O, adam qaçırmaq və öldürməkdə təqsirləndirilərək edam edilib.
Con Veyne Qasi son yeməyində 12 ədəd krevetka, bir qab KFC toyuğu, kartof qızartması və çiyələk istəyib. Qasi adam öldürmə və təcavüzdə günahlandırılıb. Zəhərli iynə ilə öldürülüb. Ölümündən əvvəl isə 3 ayrı KFC restoranını idarə edib.
Oklahoma terrorçusu Tomosi Veyh ölümündən əvvəl sadəcə nanəli və şokaladlı dondurma istəyib. O 168 nəfərin ölümünə görə məhkum edilib.
Allen Le Davis son yeməyində xərçəng quyruğu, qızardılmış kartof və krevetka, sarmısaklı çörək və kök pivəsi istəyib. O, üç nəfərin ölürmünə və soyğunçuluğa görə məhkum edilib.
55 yaşlı Angel Nives Diaz Florida ştatında adam ölürməsinə və soyğunçuluğuna görə edam hökmünə məhkum edilib. O son yeməyini yemək istəməyib. Diaz zəhər vurularaq öldürüldü.
Ted Bundi son yemək istəyində xüsusi bir şey istəmədiyindən ona yumurta, qızardılmış çörək,ət, yağ, süd və meyvə suyu verilib. Onun demək olar ki, işləmədiyi bir cinayət qalmayıb. O, təcavüz, ölü ilə seks və 35-dən çox cinayət işlədiyinə görə məhkum edilib. Ölümündən əvvəl qızardılmış ət və yumurtanı yeyib.
Ronnie Lee Gardner son yeməyində xərçəng quyruğu, qızardılmış ət, almalı şirniyyat, vanilli dondurma yeyib. "Üzüklərin əfəndisi"ni də izləməsinə imkan verilib. O, oğurluq, soyğunçuluq və başqa iki cinayətinə görə edam cəzasına məhkum olunub.
Riki Rey Rektor son yeməyində qızardılmış ət, toyuq, albalı suyu və qozlu şirniyyat istəyib. Ancaq şirniyyatı yeməyib. Şirniyyatı yeməməsinin səbəbini "onu sonraya saxlayıram" sözləri ilə cavablandırıb. O, zəhərli iynə ilə öldürülüb.
Stefan Anderson qızardılmış çörək, pendir, qarşığıdalı, şaftalılı keks və şokaladlı dondurma istəyib. O, oğurluq, silahlı hücum və 7 fərqli cinayətə görə məhkum edilib. Zəhərli iynə ilə öldürülüb.
ABŞ-ın Georgiya ştatında edam ediləcək məhkumun son istəyi isə xeyli diqqət çəkib. 46 yaşlı Kelli Rene Qissandaner uzun bir yemək siyahısı hazırlayaraq həbsxana rəhbərliyinə təqdim edib. Menyuda iki böyük pendirli hamburger, kartof qızartması, salat, partlamış qarğıdalı, pomidor, kök, qızardılmış soğan, yumurta, süd, limonlu və vanilli dondurma da olub. 1997-ci ildə ərini öldürməkdən məhkum edilən qadın əyalətdə son 70 ildir edam edilən ilk xanımdır.
43 yaşlı Gustavo Garcia 24 ildir ki, nə vaxt edam ediləcəyini gözləyirdi. Zəhərli iynə ilə öldürüldü.
Coy Vesbruk zəhərli iynə ilə öldürüldü, 17 il edam ediləcəyi günü gözləyib.
Adam Vard da zəhərli iynə ilə öldürülüb. 33 yaşlı məhkum 8 il edam ediləcəyi günü gözləyib.
Kristofer Bruks 43 yaşında zəhərli iynə ilə öldürülüb. 22 il edam ediləcəyini gözləyib.
72 yaşlı Brandon Cones isə edam cəzasının yerinə yetirilməsini 36 il gözləyib.
66 yaşlı Erl Forrest də zəhərli iynə ilə öldürülüb. O, qərarın icrasını 11 il gözləyib.
Qreqori Paul Lovyer 16 il edam cəzasının yerinə yetirilməsini gözləyib. 63 yaşında qərar icra olunub.
Steven Frederik Spers 15 il cəzasının icrasını gözləyib və 54 yaşında zəhərli iynə ilə öldürülüb.
Daniel Lucas isə öldürülmək üçün 16 il gözləyib.
60 yaşlı Con Conner 34 il cəzasının icrasını gözləyib. O da zəhərli iynə ilə həyat gözlərini əbədi yumub.
Pablo Vasquez isə cəzasının icrası üçün 17 il gözləyib. O da zəhərliiynə ilə öldürülüb.
53 yaşlı Oskar Ray Bollin zəhərli iynə ilə öldürülüb. 23 il cəzasını gözləyib. (publika.az)