Azərbaycanlı müğənni bahalı maşın alıb, ata olacağını elan etdi
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov iki xəbərin sevincini yaşayır.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə ata olmağa hazırlaşdığını bildirib.
Koreyalı model Marqarita Soyla evlənən Elman “Ata olacam. Həyat yoldaşımı dəlicəsinə sevirəm. Xoşbəxtəm” deyə, yazıb.
27 yaşlı sənətçinin həyat yoldaşı M.Soy Moskvada gözəllik mərkəzlərindən birinin sahibəsidir. Onlar ötən il ailə qurublar.
Müğənninin elan etdiyi ikinci xəbər isə xəyalında olan avtomobili alması ilə bağlı olub. Elman “Porsche 911 Carrera S” maşınını özünə hədiyyə edib.