300 İLLİK ERMƏNİ MƏKRİ VƏ TÜRKÜN YOL XƏRİTƏSİ

Yazarlar 11-dek, 08:379 tv713 148 0
İGİD TEYMURLU

300 İLLİK ERMƏNİ MƏKRİ VƏ TÜRKÜN YOL XƏRİTƏSİ

Millətimizə olan SEVGİnin sərhədlərini TAPDALAMAYAQ, QORUYAQ!




"Birinci Qarabağ müharibəsində məğlub olduq. Torpaqlarımızın 20% işğal olundu. 126 nəfərə Milli qəhrəman adı verildi. Aralarında yalnız "Boz qurdçu" olduğuna görə təqdimatı verilən neçəsi vardı. Halbuki qalib Ermənistanda cəmi 19 nəfərə qəhrəman adı verildi ki, onlardan da bir neçəsi hərbçi deyildi. (мəsələn N. Rıjkova zəlzələ vaxtı Ermənistana göstərdiyi xüsusi xidmətinə görə verilmişdi.) Bu barədə çox danışmaq istəmirəm. Allah hamısına rəhmət eləsin..."....

Gətirdiyim SİTAT ETİBAR HÜSEYNOVdandır - keçmiş millət vəkili, jurnalist Etibar Hüseynovdan...

Etibar bəyin söylədikləri öz düşüncəsidir. Hər kəsin sərbəst şəkildə öz fikrini ifadə etmək hüququ var. O cümlədən, Etibar bəyin də. AMMA fikrin təqdimatında ironiya, hikkə, gizli və açıq nifrət olanda
Yurddaşa olan Sevginin sərhədləri tapdalanır.
Azərbaycan siyasətində və son dövr hərb tariximizdə istefa və imtina mədəniyyətini ortaya qoyan İnsanlar olub. Sabir Rüstəmxanlı nazir postundan, xanım Lalə Şövkət dövlət katibi postundan istefa verməklə və VHP sədri Şöhrət ordenindən imtina etməklə mədəniyyət sərgiləyiblər. Səhv etmirəmsə, Şahin Tağıyevlə Arif Məhərrəmov da Zəfər Mücadiləmizdən öncə Milli Qəhrəman adını daşımaqdan imtina ediblər. Səbəb kimi də "torpağı işğal altında olan millətin ziyalısı, əsgəri bu adı daşıya bilməz" qənaəti olub....
Mən də fərd olaraq Xocalının qisası alınmayınca başa buxara papağı qoyub Bakı küçələrində gəzməyi məqbul saymamışdım...
Ancaq birmənalı şəkildə SAVAŞ Adamlarını torpaq itkisinə görə topa tutmaq, onlara ikrahla baxmaq, onların davranışlarına münasibətdə ironiya sərgiləmək, gizli qəzəbin eskizlərini virtual qaydada ortaya qoymaq kökündən yanlışdır...
Hər şeyə zaman və gerçək imkanlar çərçivəsində qiymət versək, onda tez-tez təqdim olunan "Birinci Qarabağ Savaşı"nın iştirakçılarına münasibətdə ironiya yox, sayğı duruşu sərgiləməliyik, əfəndilər...
O zaman Azərbaycan dörd bir yandan hədəfdə idi. Və belə bir durumda məhz həmin Oğlanların sayəsində Azərbaycanın 80 faiz torpaqları qorunub saxlanıldı. Üstəlik, işğal altında olan torpaqlarımız azad edilmişdi. 20 faiz torpaqlarımızsa geostrateji məkanda maraqlarını təmin etməyə çalışan qüvvələrin siyasi iddialarının, hərbi müdaxilələrinin nəticəsi oldu. O dövrün Əsgərləri qəvi düşməndən TORPAQLARIMIZIN qalan hissəsini qorumaqla tarix yazdılar...
İKİNCİ QARABAĞ Savaşında da müzəffər ordumuz işğal altında olan 20 faiz torpaqlarımızı azad edərək tarix yazdı...
Bu məsələyə münasibətdə kompleks yanaşma qoyulmalıdır ortalığa. ŞƏHİDLƏRİMİZ, QAZİLƏRİMİZ və YURD FƏDAİLƏRİMİZin hər biri bizim üçün əziz olmalıdır. Bu gün Şəhid olan qardaşlarımız, övladlarımız Birinci Qarabağ Savaşında göz qırpmadan yurdu yaşatmaq üçün canını fəda edən OĞULLARIMIZIN fədailik dərsindən nümunə götürüblər. Müxtəlif adlar altında əsgər qiyafəsində olan Oğullarımız bütün zamanlarda düşmənə sipər olublar - ötən əsrin 90-cı illərində də, indi də!
Yurdumuzun azadlığı uğrunda 2783 Oğulla yanaşı bu 30 il ərzində qeyri rəsmi məlumatlara görə 20 minə yaxın Şəhidimiz də canını fəda edib. 13 minə yaxın yurddaşımız da əlil olub.
Bizi böyüdən bütün sferalarda canını Vətənin sabahı naminə fəda edən Şəhidlərimiz, Əlillərimiz, Qazilərimiz oldu. Bu mənada Böyüklüyümüzə, BİRLİYİMİZƏ, Bütövlüyümüzə sahib çıxaq!
Biz müharibəni deyil, o zaman gedən döyüşü uduzmuşduq. Və bu halın özü də döyüşçü olaraq millətimizin zəif nöqtələrini üzə çıxardı, toparlanıb Özümüzə gəldik ki, sonucda da QƏLƏBƏMİZ təmin olundu...
Bu mənada yuxarıda deyildiyi kimi "birinci Qarabağ müharibəsində uduzduq" demək yanlışdır. Xatırlayırsınızsa düşmən Yevlaxdan Bakını nişan göstərirdi.Deyildiyi kimi "birinci Qarabağ müharibəsi"nin döyüşçüləri bax o məkrli planın qarşısını almaqla yanaşı həm də rus və erməni birləşmələrinə qarşı bir çox uğurlu əməliyyat apardılar. Və bir çox uğurlar da əldə edildi. Onda torpaqlarımızın 20 faizi işğal edilsə də, məhz SAVAŞ Adamlarının hesabına 80 faiz torpaqlarımız qorunub saxlandı. "Birinci, ikinci Qarabağ Savaşı" yoxdur, rusun, farsın, ingilisin dayəliyilə ortaya çıxan 300 illik erməni məkri və Onun İrəvanı, Göycəni, Zəngəzuru, Dərələyəzi, Qarabağı zorən ilhaq etməsi faktı ortalıqda idi. Kİ, müzəffər ordumuz son 30 ildə canıyla, qanıyla erməni məkrini alt-üst edib işğal altında olan torpaqlarımızın azadlığı uğrunda ilk möhtəşəm addımlarını atıb Qarabağımızı azad etdi! Bu, 30 illik mücadilənin xoşbəxt sonluğu idi! Və bu xoşbəxt sonluğun əldə edilməsində Bütöv Azərbaycanın əməyi var! Ona görə də bir-birimizə ikrahla, ironiya ilə, qəzəblə yanaşmayaq, MİLLƏTİMİZƏ OLAN SEVGİNİN SƏRHƏDLƏRİNİ TAPDALAMAYAQ, biz hamımız bir CANıq - AZƏRBAYCANIQ!
Növbəti Müqəddəs Yolun Xəritəsini isə Komutan bizə göstərdi. YOLUMUZ dədə-baba yurdlarımızadır!
Eşq olsun QURD ürəkli və QURD taktikalı müzəffər ORDUMUZA!
Eşq olsun son beş yüz illik tariximizdə qardaşıyla deyil, düşməniylə savaşıb qan töküb can alan, yurduna sahib çıxan Komutanımıza!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr