Summativ testlər əyani formada keçiriləcək? - Nazir
Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin.
Tv 713.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək:
"İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarımil qiymətinin çıxarılması planlaşdırılır".