Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol

Şahidlər və Şəhidlər 11-may, 23:169 tv713 97 0
Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol


FAİQ BƏXTİYAROV: “Sağalmamış halda hospitaldan yarımçıq çıxdım”

I HİSSƏ


1992-ci ilin yanvarından könüllü olaraq orduya yazılanların bir çoxlarının döyüş yolu 811 saylı Laçın özünümüdafiə batalyonundan başlanıb. Arif Paşanın komandanlıq etdiyi bu batalyonun Laçın rayonunun erməni işğalçılarından qorunması istiqamətində əvəzsiz xidməti olub. Sonradan bu batalyonun ləğv edilməsi istiqamətində o zamankı siyasi və hərbi hakimiyyətin atdığı addım, bu addımın mahiyyəti zaman-zaman əsas müzakirə predmetlərindən birinə çevrilsə də, ancaq indinin özünədək bunun nədənləri araşdırılmayıb. O batalyonun döyüşçülərindən biri də FAİQ BƏXTİYAROV olub. Faiq Bəxtiyarov həm də 713 saylı hərbi hissənin keçdiyi şərəfli döyüş yolunun canlı şahididir.



Faiq Bəxtiyarov bu batalyonun tərkibundə bir sıra qanlı döyüşlərdə iştirak edib. Sonradan Laçın ətrafında baş verən siyasi proseslər zamanı Faiq Bəxtiyarovun Bakıya gəlişi onu yeni formalaşan 713 nömrəli hərbi hissəyə bağlayır. Conrakı proseslərlə bağlı 713 nömrəli hərbi hissənin döyüşçüsü Faiq Bəxtiyarov öz döyüş xatirələrində aşağıdakıları söyləyir:


“..Üçtəpə deyilən poliqonda təlim-məşqdə olanda 26 mayda səhər tezdən İbrahimov Zakir adlı bir baş leytenant bizə dedi ki, avtobuslar gəlib, gedirik Arifin polkuna. Uşaqlardan 25 nəfər qabağa çıxdı, mən də onların içində idim və biz getdik Laçına. Çox keçməmişdi ki, 16 iyunda Laçının Malxələf kəndi uğrunda gedən döyüşdə mən yaralandım. Ürək nahiyəmdən aldığım yara ağır olduğu üçün məni vertalyotla yenidən Bakıya hospitala gətirdilər. Yaralarım tam sağalmamış hospitaldan yarımçıq çıxıb Bünyad Sərdarovda yerləşən yeni yaranmış 713 saylı hərbi hissənin belə demək mümkünsə, "qərargahı"na gəldim.



“FÜZULİ RZAQULİYEV BU ZABİTLƏRLƏ ŞUŞAYA GEDƏCƏYİMİZİ BİLDİRDİ”

Qərargaha gələndə Alış mənə dedi ki, bəs Rövşəngili Şamkəndə yola saldım. Beləcə mən 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qatıldım. Məni orada olan döyüşçülərlə birlikdə Şıxovda yerləşən hərbi hissəyə göndərdilər. Bir gecə orada qaldıq. Səhər Bakıdan yola düşdük. Ural maşını ilə Murov dağını aşaraq Kəlbəcərdən Laçına doğru getdik. Qərargah tərəfindən birinci bölüyün "starşina"sı Yusifi bizim üzərimizdə başçı qoydular. Biz Piçənis kəndinə gəlib çatanda artıq hava qaralırdı. Hərbi hissədə bizi üçüncü bölüyün çəxsi heyətinə qəbul etdilər. Mən Əbilin tağımında artilleriya komandiri kimi qeydiyyata düşdüm.

Bizim üçüncü bölüyün şəxsi heyəti tam olmadığı üçün bizi keçirilən hərbi əməliyyatlara buraxmırdılar. Bir neçə gün keçmişdi ki, axşam tərəfi birinci postdan xəbər gəldi ki, bir UAZ maşını kəndə gəlir. Müdafiə Nazirliyinin əks-kəşfiyyat bölüyündən olan kapitan və bir leytenantı mən ştaba apardım. Hərbi hissəmizin qərargah rəisinin müavini Mehdiyə raport verdim.
Onlar hərbi hissəmizin komandiri mayor Süleyman Əhmədovun yanına girdilər. Bir azdan Mehdi məni çağırıb dedi ki, bura 2 nəfər döyüşçü çağır gəlsin. Amma həmin döyüşçülərdən biri Bülüldüzdən olsun. Mən Pircahanlı Natiqlə Asifi çağırdım. Kapitan Rzaquliyev Füzuli bizə dedi ki, bu zabitlərlə Şuşaya kəşfiyyata gedirsiniz. Biz ərzaq və döyüş sursatı götürdük. Mayor Süleyman Əhmədov bizə öz tapşırıqlarını verdi. Mehdi müəllim mənə yaxınlaşıb “uşaqlardan muğayat ol, onlar hələ döyüşə girməyiblər” dedi. Biz yola düşdük.



“VAĞAZİNDƏN İPƏK KƏNDİNƏ DOĞRU İRƏLİLƏMƏYƏ BAŞLADIQ”


Yolda öyrəndim ki, kapitanın adı Mürvət, leytenantın adı isə Çingizdir. Biz gəlib Pircahan kəndinə çatdıq, Laçın polislərinin olduğu evə getdik. Gecəni orada qaldıq. Səhər saat 5-də qalxdıq. İki qrupa bölündük. Bizim qrup 8 nəfərdən ibarət idi. Kapitan Təvəkkul Agcabədinin Hindarx qəsəbəsindən, kapitan Sabir Sabirabaddan, leytenant Babək Qərbi Azərbaycandan və leytenant Çingiz də Laçın rayonunun İpək kəndindən idi. Bizim bölükdən mən, Natiq, Asif və 2-ci bölükdən İsmayıl Vağazin kəndindən idi. Biz yola düşdük.

Vağazin kəndini keçərək İpək kəndinə tərəf irəlilədik...


“HƏR TƏRƏF AÇIQLIQ İDİ, BİZİ GÖRƏ BİLƏRDİLƏR”

Biz İpək kəndinə çatanda günortanı keçmişdi. 20 dəqiqə dincəldikdən sonra daga qalxmağa başladıq. Yol çox sərt idi. Qayaların, daşların arasıyla qalxırdıq. Bir-birimizdən 7-10 metr aralı gedirdik. Qabaqda İsmayıl, arxasınca mən, sonra kapitan Təvəkkul, Çingiz və digərləri, ən arxadan isə Natiq çiynində pulemyot gəlirdi. O, Asiflə danışırdı. Kapitan Sabir onlara susmağı işarə elədi. Ayaq səslərindən və ayagımızın altından çıxıb dərəyə yuvarlanan daşların səsindən başqa heç nə eşidilmirdi.

Hər tərəf açıqlıq idi, bizi görə bilərdilər. Çox həyəcan keçirir, dağa qalxdıqca təngnəfəs olurduq. Yorulsaq da, dayanmırdıq. Çox çətinlikdən sonra nəhayət ki, zirvəyə çatdıq, otların üstündə uzanıb bir az dincəldik və dağın o biri üzü ilə aşağı enməyə başladıq...


“ARTIQ ŞUŞANIN XANABAD KƏNDİ GÖRÜNÜRDÜ”

Biz Xanabad kəndinə iki istiqamətdən girməyi qərara aldıq. Mən, İsmayıl, Təvəkkul və Asif orta hissədən kəndə girməli idik. Çingiz, Babək, Sabir və Natiq isə yuxarı tərəfdən kəndə girməklə həm də bizi muşahidə etməli idilər. Biz kəndə girdik. Bir az irəliləmişdik ki, atəş səsləri eşitdik. Yerə uzandıq. Ermənilər kəndin aşağı tərəfində evləri axtarır, yiyəsiz qalmış toyuqları gullələyirdilər. Təvəkkül evin arxasına keçməyi işarə etdi. İsmayıl məni yanına çağırdı. Hündür otların arasıyla ona tərəf süründüm. Biz ehtiyatla oradan uzaqlaşdıq...


QARANLIQ DÜŞƏNƏ QƏDƏR QARŞI DAĞA ÇATMALI İDİK”


Mümkün qədər döyüşməmək əmr olunmuşdu. Çünki bizim vəzifəmiz xəritə çəkmək idi. Gecə çox qaranlıq idi. Yay olmasına baxmayaraq hava da çox soyuq idi....




II HİSSƏ

ƏKS KƏŞFİYYAT İDARƏSİ İLƏ 713-ÜN BİRGƏ ƏMƏLİYYATI

FAİQ BƏXTİYAROV: “Qan izləri meşəyə doğru gedirdi”


Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol

..Möhkəm külək əsirdi. Bərk üşüyürdük. Həm də ac idik, heç yemək yeməyə taqətimz də yox idi. Yorğunluqdan ayaq üstə dayana bilmirdik. Növbəylə yatmağa qərar verdik. Növbədə ilk dayanan leytenant Çingiz, sonra mən oldum...

Təxminən 1 saat keçmişdi ki, dağın ətəyindən səs gəldiyini eşitdim. Yatan yoldaşlarıma baxdım, əgər atəş açsaydım, onlar çaş-baş qalardılar. Buna görə əvvəlcə İsmayılı və Asifi oyatdım. Asifə “ehtiyatli ol, burda qal” dedim. Biz ikimiz irəli getdik. Artıq dəstəmiz hamısı oyanmışdı. Onlar döyüş mövqeyi tutanda biz xeyli aralanmışdıq. Səslər aydın eşidilirdi, yarı rus, yarı erməni dilində danışırdılar. Qaraltılar görünürdü. 10-15 nəfər idilər. İkimiz də eyni anda qumbaraları atdıq, partlayışla ermənilərin bağırtıları eşidildi. Güclü atısma basladı.

Natiq qaçıb bizim yanımıza gəldi. O. əl pulemyotuyla atmağa başladı. O biri yoldaşlar da bizə yaxınlaşıb atmağa başladılar. Bir az keçəndən sonra ermənilər atəşi dayandirdılar. Biz də dayandıq.

Bir xeyli keçəndən sonra hava işıqlaşırdı. Duşmən qüvvələri çoxdan meşəyə tərəf qaçmışdı. Onlar elə bilmişdilər ki, dağın başında bizim böyük qüvvəmiz var. Biz səhərin açılmasını gözləyirdik. Leytenant Çingiz, kapitan Təvəkkül, mən və İsmayıl aşagı enməyə başladıq, orada qumbaraların partladığı yerdə qan izləri var idi. Bir az da irəli getdik. 4-5 yerdən qan izləri meşəyə dogru gedirdi. Kapitanın əmri ilə təqibi dayandırıb geriyə yoldaşlarımızın yanına qayıtdıq. Hamımız yorgun olsaq da, üzümüz gülürdü. Hamımız salamat idik, aşağıda gördüklərimizi onlara danışdıq. Geriyə qayıtmalı idik. Qarşıda hələ çox uzun yol var idi....


“ŞƏRTLƏŞDİYİMİZ YERƏ ÇATANDA FİŞƏNG ATDIQ”

Biz oradan uzaqlaşmağa çalışırdıq. Qalın meşənin ətəyində daha bir yandırılmış kənd var idi. Əsrlər boyu xalqımızın çörək verdiyi bu bədxahlar qanımıza susamışdiıar. Onlar evləri talan eləyib, yandırıb dağıtmışdılar. Biz kəndə girmədən ötüb keçdik. Tələsirdik, məlumatları komandanlığa çatdirmalı idik.

Kol-koslardan tuta-tuta Sarıbabaya doğru qalxırdıq. Nəhayət dağın zirvəsinə çatdıq. Çox qaranlıq idi. Uzaqdan atilan mərmi və gullələrin işığını görürdük. Hoçaz tərəfdə döyüş gedirdi. Geçəni dağın başında qaldıq. Səhər açılanda yola düşdük, bir neçə saatdan sonra İpək kəndinə çatdıq. Burada bir az dincəlib Qozlu tərəfə irəlilədik. Qozlunu gunorta keçib Vağazin yoluna çıxdıq və getməyə basladıq. Şərtləşdiyimiz yerə çatanda fişəng atdıq, Vağazində olan 811 nömrəli hərbi hissənin əsgərləri maşınla bizi qarşıladılar. Biz kəndə çatanda qəbiristanlıqda bir neçə əsgərin qəbir qazdıgını gördük, maşını saxlayıb aşagı endik. Məlum oldu ki, 2-ci bölük Hoçazda döyüşə girib, şəhidlərimiz var. Bu şəhidlər Vağazin kəndindən oldugu uçun xalası oglu və bir neçə həmkəndlisinin iştiraki ilə hörmət və ehtiramla şəhid qardaşımızı dəfn etdik.

Sonra Piçənisə gəldik. Müdafiə Nazirliyinin zabitləri Kəlbəcərə getdilər. Biz isə qərargaha gəlib mayor Süleyman Əhmədova, kapitan Füzuli Rzaquliyev və Mehdi Rustəmova məlumat verdik. Mehdi müəllim “gedin dincəlin, yorgunsunuz” dedi. Uşaqlar bölüyə, mən də silah anbarına - qardaşmın yanına getdim. Rövşən və Sədi qanı qara halda oturmuşdular. Soruşdum ki, nə olub? Cavab vermədilər, sadəcə “get yat, dincəl” dedilər.

Yorgunluqdan ayaq ustə güclə dayanmışdım. Nə qədər yatdığımı bilmədim. Birdən ayıldım ki, bayırdan səslər gəlirdi. Tez silahımı götürüb bayıra çıxdım. Öyrəndim ki, 1-ci və 2-ci bölüyün döyüşçüləri hücuma keçərək 6 şəhid qardaşımızı düşmənin tutduğu mövqedən çıxarıb gətiriblər. Mən maşına yaxınlaşdım, şəhidlərin arasında uşaqlıq dostum Alxasov Qasım da var ldi. Onun yanında iki qardaş olan Asəflə Kamlin meyidləri idi. Daha digər qardaşlara baxa bilmədim, gözlərim qaraldı. Mənə elə gəldi ki, yenidən yaralandım, yıxılmamaq üçün maşına söykəndim. Uşaqlıq illərimiz gözlərimin önündən keçdi. Sanki Qasım indi oyanıb gülə-gülə “gedək qisasımı alaq” deyəcək idi..


“MAYOR DEDİ Kİ, ŞEYLANLIDAN GƏLƏN YOLU PARTLATMAQ LAZIMDIR”

...Biz Bülövlük kəndində qərara gəldik ki, briqadaya Zadir (ona Zaur desələr də, əsil adı Zadir idi) Rzayevin yanına gedək və bizi texnika ilə təmin etməyini xahis edək. Biz yola düsdük. Axsam düsəndə Ərikli kəndinə catdıq. Orada xeyli canlı quvvə və bir necə texnika da var idi. Səhəri gun mayor Əhmədov bizə bildirdi ki, texnika və əlavə canlı quvvə olacaq, siz geri qayıdın.

Və biz Bülövlük kəndinə qayıtdıq.Toplar səhərisi gün “Qaşqa tələ”də qurasdırıldı. Və biz Pircahana qayıdası olduq. Bizim bölük Pircahana getdi, mən isə briqadadan UAZ maşınla gələn adını və vəzifəsini unutduğum Bakı ruslarından olan mayoru Qoşasuya, polislərin yanına apardım. Həmin adını unutduğum mayor mənə bildirdi ki, Şeylanlı kəndindən gələn yolu partlatmaq lazımdır, cünki biz Lacına hücuma keçərkən o yol ilə dusmən bizim arxamiza keçə bilərdi. Mən Qosasuya getdim və oradan polislərlə həmin deyilən yerə getdik. Masında olan bir neçə mina ilə yolu tam partlada bilmədik və geri qayıtdıq. Səhəri günü mənim mamam oglu Əvəzin “Qaz 66” masını ilə xeyli mina ilə həmin yerə qayıtdıq, yolu dağıdib və ətrafdan keçilə biləcək yerlərə minalar basdırdıq. Sxemi cəkərək geri qayıtdıq. Həmin rus mayor mina qoyulan ərazinin çertyoju çəkilən sxemi mənə verib briqadaya qayıtdı. Mən isə Pircahana gəlib o rus mayorun verdiyi sxemi olan kağızı mayor Əhmədova verdim...

Bizim döyüşçulər əvvəlki qaydada bir neçə gün postlarda nəzarət etdikdən sonra bizə belə bir əmr gəldi:

“Ağdərəyə getmək lazımdır, Kəlbəcər-Tərtər yolunu açmaq uçun orada canli quvvə azdır. Kəndi bir neçə dəfə boşaltsalar da canlı quvvə az oldugu üçün kəndi saxlaya bilmirlər”...

Bizim bölükdən olan döyüşçülər getmək istəmədilər. Bir neçəsi ilə mübahisə etdikdən sonra mən içəri girərək öz silah və sursatımı götürüb çıxdım və Füzuli Rzaquliyevə bildirdim ki, mən bir əsgər kimi əmri yerinə yetirməyə hazıram. Uşaqlardan bir neçəsi mənimlə razılaşdı və sonra qərara alındı ki, gediriksə, hamımız bir yerdə gedəcəyik....


“ERMƏNİ POSTLARINDAN BİZİ GÜCLÜ ATƏŞƏ TUTMUŞDULAR”

Və biz iki maşın - ikinci və üçüncü bölük ilə yola düşdük. O vaxt Pircahana əlavə qüvvə gəlmişdi, onların içərisində Arif Paşayevin 811 nömrəli batalyonunun döyüşçüləri də var idi. Biz axşam düşəndə Kəlbəcərə briqadaya çatdıq. Səhərisi gün təxminən 20-25 nəfər Kəlbəcər rayonundan olan döyüşçüləri də Zadir Rzayev bizim rotaya əlavə etdi və bizə xeyli sursat verərək Ağdərə istiqamətinə yola saldı. Biz səhəri gun Vaquas kəndinə qalxdıq.

Vaquasdan Vəng və Arutunumaqer kəndinə gedən yolu nəzarətə götürdük. Səhəri gün, avqust ayının 21-də saat 2-də Arutunaqamer kəndinə hucuma kecəcəyimiz barədə əmr almışdıq. 2 tank və 1 şilka, bir neçə maşın bizim sərəncamımızda idi. Biz doyüsə hazırlasdıq. Sag tərəfdən yol ilə texnikanın, sol tərəfdən bizim meşə ilə hucuma keçəcəyimizlə bağlı mayor Əhmədov bizə məlumat verdi. Bu vaxt Fəxri irəli çıxaraq bildirdi ki, bu taktika düzgün deyil. Biz meşədən açıqlığa çıxarkən çoxlu itki verə bilərik.

Mayor Əhmədov bildirdi ki, bizim artilleriya kəndi daimi atəşdə saxlayacaq . Və biz dediyim kimi hucuma keçdik. Biz meşəyə girərkən kəndin kənarındakı qəbiristanlığın yanından ermənilərin səngərləri və postlarından bizi güclü atəşə tutdular. Mən ağacın arxasında özümə döyüş mövqeyi seçmişdim. Məndən təxminən iki metr aralıda nazik bir ağacın arxasında dayanmış, əslən Kəlbəcərdən olan oglanın qolundan və qıçından gullə dəydiyini gördüm.

Mən ona yaxınlaşa bilmədim, çunki mən dayandığım agaca həmin vaxt bir neçə gullə də dəydi. O agacın arxasında dayanmaq təhlukəli olduğu üçün yaxınlıqdakı yıxılmış boyuk ulas agacının dibindəki çalaya özümü atdım.


“KOMANDİRİMİZİN GERİ ÇƏKİLMƏKLƏ BAĞLI ƏMRİNİ EŞİDƏ BİLMƏMİŞDİK”


Bu vaxt həmin yaralını bizim uşaqlar geri apardı. Mən agacı aşıb onun dibində yaranmış dərin çalada olarkən Alməmmədov Füzuli də mənim yanıma gəldi. Biz oradan hərəyə bir neçə maqazin gullə atdıqdan sonra bizim döyüşçülərə komandirimiz Budağın geri çəkilməklə bağlı səsləndirdiyi əmri eşidə bilməmişdik. Gullə yağış kimi yağırdı. Füzuli mənə bildirdi ki, susamışam. Mən ona su verdim və dedim diqqətlə mənə qulaq as, bölük geri cəkilib, biz buradan çıxmalıyıq. Füzuliyə dedim ki, yaxınlıqdakı böyük agacın arxasına girməli və sonra oradan cəld olaraq yola çıxmalısan. Füzuli bildirdi ki, bir yerdə gedək. Mən ona dedim ki, ikimiz agacın dalında yerləsə bilmərik. Bir-bir getmək lazımdır. Bu vaxt ermənilərin atəsi bir az dayanmışdı. Füzulinin salamat yola çıxdığına nəzarət etdikdən sonra arxayın oldum ki, o, salamat, təhlukəsiz yerə çatdi. Mən də hazırlaşırdım ki, çıxam, bu vaxt təzədən gullə yağışı başladı. Hec agacın dibindən çıxmaq belə mümkün deyildi. Təxminən beş on dəqiqə atışma gedəndən sonra güllə səsləri kəsildi.


“MƏN TANKA YAXINLAŞMAQ İSTƏRKƏN...”


Atəs dayanmışdı. Məndən təxminən on metr aşağıda bizim tanklar var idi. Sən demə qabaqkı tank minaya düşüb, arxada gələn şilkanısa vurublar, tankın yanındakılar isə ermənilərmiş.

Mən tanka yaxınlasmaq istəyərkən onların danışıqlarından basa düşdüm və yerimə qayıtdım. Təxminən iki uc dəqiqə ərzində vəziyyətdən necə cıxmağım barədə fikirləsdim. Ermənilərinsə məndən xəbərləri yox idi, maqazinləri tez dəyişmək ucun çıxardım və məndə olan iki qranatı döyüş vəziyyətinə hazırladım.

Meşə qalın oldugu üçün qranatı yuxarıdan atsam agaca dəyib yanıma düşəcəyini güman etdim. Agacların arası ilə sürünüb aşağıdan tankın yanına, yolun icinə qumbaranı tulladım. Heç birinci qumbara partlamamış ikincisini də tullayıb özüm cəld hərəkətlə geriyə sıçrayıb oradan uzaqlaşdım. Yolu keçərək böyük bir daşın dalında mövqe tutdum. Bu vaxt yaxınlıqdakı daşın arxasında ikinci bölükdən olan Sumqayıtdan gəlmis, əslən maştağalı, adını unutduğum oğlanla birgə bir neçə dəqiqə yola nəzarət etdik. Bizim uşaqlar ona “Hacı Əbdül” də deyirdilər. O, bildirdi ki, qabaqda bizimkilər var. Bu vaxt yol ilə 4-5 nəfərin bir yaralını gətirdiklərini gördüm, Mehdi də onlarla idi, yaralısa şilkanın sürücüsü idi. Onlara komək etdik və geri çəkildik. Mən usaqlarin yanına çatanda Füzuli məni görcək çox sevindi və qucaqladı...

İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr