O Dustaq mən idim

Yazarlar 18-may, 09:209 tv713 191 0
O Dustaq mən idim

SÜRÜKLƏNƏN ANA VƏ KÖRPƏ ÇIĞIRTISI

Qardaşlar və bacılar!
Yolunda ölümə hər an hazır olduğum xalqım!
Hər zaman demişəm : Haqsızlıq , basqı , zülüm zəif iradəlini daha da zəiflədir , MƏRD , MÜBARİZ və DÖNMƏZ İNSANLARI dahöna da sərtləşdirir və ƏZMKAR edir...

Siyasi mənsubiyyətimin olmaması üstünlüyümdü... Məntiqlə qulp qoyma imkanları məhdud olmalıdı.

Bu sağlam məntiqlə belədi. Amma...
Nə isə... Sizə bir səhnəni təsvir edəcəyəm:
Rəsmi dövlət orqanlarının yerləşdiyi binanın qarşısında haqsızlığa düçar olmuş adamın tərəfdarları etiraz edir...

Bir azdan ərazi polis gücləri ilə əhatəyə alınır...
Ağ saçları arasından qan süzülən ağbirçək ana yerlə sürüklənir...Bu, onun ANASIDIR...

Ata ağ saçları arasından süzülən al qana baxmayaraq öz müvazinətini saxlamağa çalışır...Bu, onun ATASIDIR...

Asfaltın üstündə iki nəfər polislər tərəfindən sürütmə çəkilir : sürütmə çəkilənlərin biri VƏTƏN yolunda savaşan polis , digəri Milli Ordunun zabitidi...Bunlar onun QARDAŞLARIDIR...

Kənarda isə boynu bükük iki körpə qızcığaz vicdani olanların icini ağrıdan bir baxışla baş verənləri dərk etmədən ağlayır...Bunlar onun ÖVLADLARIDIR...

Bir dustaq isə Ali Məhkəmənin məhkəmə zalında ALLAHSIZ , VİCDANSIZ , LƏYAQƏTSİZ və NAMƏRDLƏRİN - AZƏRBAYCAN DÜŞMƏNLƏRİNİN tərtib etdiyi saxta ittihamlarla baş tutacaq qapalı məhkəmə iclasını ğözləməkdə və ailəsinə qarşı baş verən vəhşilikdən xəbərsiz...

O DUSTAQ MƏN İDİM.....

Sonralar anamın xahiş , yalvarış və andları onlara qarşı bu vəhşilikləri törətmişləri xilas etdi...

İndi hər sözə nədən ağrılı reaksiya verdiyimi bildinizmi , ƏZİZ DOSTLARIM!!!???
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr