
ABŞ BƏƏ sahillərində saxlanılan İran tankerindəki nefti satıb.
Tv 713. az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Axilles” tankeri ABŞ tərəfindən Əl-Füceyrə əmirliyi ərazisində saxlanılmışdı. O zaman gəmi ABŞ-ın terrorla mübarizə qanunlarına uyğun olaraq müsadirə edilmişdi.
ABŞ rəsmiləri iddia edir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu bu tanker vasitəsi ilə Çinə neft satıb.
“Axilles” tankeri Texas ştatının Hyuston şəhərinə aparılıb və 2 milyon barreldən çox xam neft 110 milyon ABŞ dollarına satılıb.




















