"Döyüş mövqeyini Pircahan çayının üst tərəfində qurmaq əmr olundu"

Şahidlər və Şəhidlər 11-may, 23:589 tv713 79 0
"Döyüş mövqeyini Pircahan çayının üst tərəfində qurmaq əmr olundu"


TAHİR MƏMMƏDOV: “Heç kimə meyidə baxmağa icazə verilmirdi”

1992-ci il avqust ayının 4-də biz Pircahanda olanda hələ axşamdan texnika səsləri eşidilirdi. Səhər açılanda saat 10 radələrində artıq hər yanı güllə səsləri bürümüşdü. Mən onda birinci bölüyün 3-cü tağımının komandiri idim. Bölük komandirimiz Rəhman İsgəndərov postları gücləndirmək və hər kəsin döyüş mövqeyi tutması üçün gərəkən əmrləri də vermişdi. Bizə də Pircahan çayının üstündə döyüş mövqeyi tutmaq əmr olunmuşdu.

Hər kəs əmr olunan döyüş mövqeyini tutdu, o cümlədən biz də. Düşmən qüvvələri bizm mövqeləri qrad qurğularından, BMP-dən, ağır artilleriyadan atəşə tuturdu. Ətrafımızda çoxlu mərmilər partlayırdı. Mən öz tağımımla döyüş mövqeyimizi tutandan sonra irəli atılıb ermənilərə atəş aşmaq istəyirdim. Bu zaman düşmən qüvvələrinə məxsus BMP-dən atılan mərmi düz yanımıza düşdü. Biz həmin mərmi zərbəsindən sonra şəhid verdik, özüm də yaralandım.

Ermənilərin atdığı mərmi döyüşçü qardaşlarımızdan Məmmədov Camal, Baxışov Rəşid, Məmmədov Sarvan və Fərəcov Etibarın ölümü ilə nəticələndi. Sanki Pircahan çayının suyu da o an bulanmışdı. Elə mən özüm də yaralanmışdım. Ancaq hələ ki, çoxlu qan itirmədiyimdən Şəhid qardaşlarımızın meyidlərini Qaliblə birgə yığırdıq. Biz Şəhidlərimizi UAZ maşınına qoyduq. Eyni zamanda UAZ-ın sürücüsü Qalib də yaralı idi. Bizi Qaz-69-la Ərikliyə gətirdilər. Orada bizim tibb məntəqəmiz var idi. Etibarı mən yolboyu qucağımda saxlamışdım. O, hələ sağ idi. Etibarın bütün yaralı nahiyələrini rezindən istifadə etməklə ilkin yardımı göstərmişdim. Ancaq o biri qardaşlarımız artıq Şəhid olmuşdular.

Biz Ərikliyə çatanda çoxlu qan itirdiyindən artıq Etibar da sistem köçürüləndə şəhid oldu. Yaralı halda olsam da şəhid qardaşlarımızın cənazələrini Kəlbəcərə gətirdik. Orada Əzizağanı da gördüm. Meyidləri götürüb içəri aparıb yumaq üçün adam tapa bilmirdim. Özüm Kəlbəcərdə hamamda şəhid qardaşlarımızı islami qaydalarla yudum. Qalib Kəlbəcərdə müalicəyə qaldı, əvəzində Əzizağa maşına mindi.

Sonra 701 nömrəli briqadanın komandiri “Zaur” kimi tanıdığımız Zadir Rzayev Qılınclıda məni danışdırıb bunun hansı situasiyada baş verdiyini öyrəndi. Və oradan şəhidlərimizi Bakıya gətirmək üçün yola düşdük.

Həm ac, həm də susuz idik. Hacıkənddən keçəndə təndirdə bişirilən çörəkdən istəsək də, hansı səbəbdənsə bizə çörək vermədilər. Uşaqlar əsəbləşsələr də, bütün vasitələrdən istifadə edərək onları artıq əskik hərəkət etmələrinə imkan vermədim. Uşaqlardan biri elə Etibarın əmisi oğlu idi. Dedim ki, bizə burada artıq hərəkət etmək yaraşmaz. Çörək bişirilən sexə gəlib pulumuzla çörək istəsək də, orada da bizə çörək verən olmadı.

Biz oradan Hacıqabula gəldik. Mənim xalam qızı orada olurdu. Xalam qızının evində bir az çörək yeyəndən sonra özümüzə gəldik. Sonra yenidən Bakıya yön aldıq. Birbaşa qərargaha gəldik. Orada Alışla yanaşı MTN-dən də adam var idi. Bizi danışdırdılar. Məni də qan aparırdı. Halım pisləşsə də, şəhid qardaşlarımızı Təzə Pirdə yuduzdurandan sonra Şəhidlər Xiyabanında dəfn elədik.

Sonradan həmin şəhid qardaşlarımın hər birinin məclisində iştirak etdim. Hətta Xırdalanda Camalın bacısı məni öldürürdü ki, o basdırılan mənim qardaşım deyil. Burada da heç kimə meyidə baxmağa icazə verilmirdi, Camalın bacısı havalanmışdı. Mən də ona təskinlik verdim ki, bu qardaşlar hər biri mənim yanımda şəhid olublar, onların yuyulmasını da mən özüm həyata keçirmişəm...

İGİD TEYMURLU
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr