Jirinovskinin sərsəm “dünya bölgüsü” - Azərbaycan hansı “bəndə düşür?”

--- 04-iyn, 09:479 tv713 27 0

Jirinovskinin sərsəm “dünya bölgüsü” - Azərbaycan hansı “bəndə düşür?”


Jirinovskinin sərsəm “dünya bölgüsü” - Azərbaycan hansı “bəndə düşür?”
Kremlin danışan “ağzı” Ukrayna, Moldova və Baltikyanı ölkələri “parçalayıb” Rusiyaya verir, Cənubi Qafqaz isə...

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bəzən elə sərsəm açıqlamalar verir ki, ruhi xəstələrin belə ağlına gəlməz. “Rossiya-1" telekanalında ”Vladimir Solovyovla axşam" verilişinin efirində çıxış edən Jirinovski deyib ki, Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək.

Onun fikrincə, tərcüməçilər istisna olmaqla, hər kəs otaqdan çıxarılmalıdır. Partiya sədrinin sözlərinə görə, danışıqlar qurtarandan və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs onların nədən danışdığını bilməsin.

Jirinovskinin sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar: “Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını - ”Revel"i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq. Bu, sadəcə, sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir", - deyə Jirinovski qeyd edib.

Bu dəlisov siyasətçinin verdiyi proqnozlar utopik və mifik görünür. Təbii, Jirinovski adlarını çəkdiyi ərazilərin strateji olaraq Qərblə Rusiya arasında bölüşdürülməsini nəzərdə tutur. Lakin o, ölkələrin suverenliyinə təhdidlə çıxış edir, şəhərlərin adlarını dəyişir, əraziləri təhvil-təslim edir. Belə görünür ki, Jirinovski keçmiş sovet respublikalarının adını çəkmədiyi ölkələri Orta Asiya, Azərbaycan və Ermənistanın Rusiyanın tam təsir dairəsində olduğunu düşünür və bu səbəbdən adını çəkməyə belə ehtiyac görmür. Onun Cənubi Qafqazın adını çəkməməsini bu cür qiymətləndirmək olarmı?

Qabil Hüseynli: “Bu adam təkcə dəli deyil, qatı cinayətkardır...”

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a söylədi ki, Jirinovski təkcə dəli, faşist ideologiyası ilə silahlanmış avantürüst deyil, həm də qatı cinayətkardır. Ekspertin fikrincə, onun söylədiyi hər fikrə görə cinayət işi başlanmalıdır və beynəlxalq məhkəməyə müraciət edilməlidir. “Ukraynanın, Moldovanın və Baltikyanı ölkələrin tam hüquqi var ki, bu adam barəsində məhkəmə başlasınlar, cəza kəssinlər və sonra işi Haaqa beynəlxalq tribunalına göndərsinlər. Çünki xalqların milli duyğularına meydan oxumasına görə cəzası verilməlidir. Bundan sonra mətbuat onun sözlərini təkrar etməli deyil. Jirinovski haqqında cinayət məsuliyyətinə cəlb edilməsi zəruri biri kimi danışıla bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədova 44 günlük müharibədən sonra Rusiyanın Cənubi Qafqazda təsirlərinin gücləndiyini düşünür. Onun zənnincə, Jirinovski ad çəkməsə belə, həqiqət bundan ibarətdir. Ekspertin sözlərinə görə, rus siyasətçi həmişə postsovet ölkələrini ərazi iddiaları ilə hədələyir: “Bunu Moskvanın arzuları kimi yozmaq olar. Amma bütün arzular və yuxular çin olmur. Baydenlə Putin görüşündə strateji məsələlər müzakirə olunacaq. Qarabağdakı hadisələrə də yer ayrıla bilər. Sadəcə, bu görüşü dünyanın bölüşdürülməsində yekun danışıq kimi dəyərləndirməyin tərəfdarı deyiləm”.

Siyasi təhlilçi güman edir ki, ABŞ və Rusiya Cənubi Qafqazı bölə bilmirlər: “Gürcüstan çoxdan Qərbi seçib, Ermənistanın da taleyi seçkidən sonra aydınlaşacaq, Azərbaycan isə heç bir strateji dilemma qarşısında qalmayıb, rəsmi Bakı indi Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda regionda dayanıqlı sülhün əldə edilməsində maraqlıdır. Ona görə Jirinovskinin ”xəritələri", bölgü oyunları özü üçündür, buna bir o qədər ciddi yanaşmaq lazım deyil".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar