"Xural"la Böyük Gələcəyə doğru!...
Bu gün tanınmış jurnalist ƏVƏZ ZEYNALLInın rəhbərlik etdiyi "Xural Tv"-nin canlı yayıma çıxmasının 2 yaşı tamam olur.
Əvəz Zeynallı və Məlahət Qisuri Zeynallı başda olmaqla bütün Xural ailəsini təbrik edir, onlara bu çətin yolda uğurlar arzulayıram.
Sevindirici haldır ki, bu gün Xural ailəsində daha bir ünlü isim - SELCAN ZEYNALLI da Böyük Gələcəyimiz uğrunda aparılan mübarizənin ön sıralarındadır. Bu yolda Selcan xanıma da Əvəz Zeynallı və Məlahət Qüsuri Zeynallı dözümü, dəyanətı və azad sözə olan sonsuz məhəbbəti arzulayıram. Nəinki Azərbaycanda, bütöv Türk Dünyasında qazandığınız güvənc hissi qoy həmişə daimi olsun...
Bir daha xatırladaq ki, düz 6 il bundan əvvəl - 2015-ci ilin aprel ayının 3-də ilk video yerləşdirilən "Xural TV"-nin canlı yayına keçməsinin 2 ili tamam olur. Məlumat üçün onu da bildiririk ki, "Xural" qəzetinin gələn il 20, "xural.com" saytınınsa bu il 10 yaşı tamam olacaq.
Əvəz bəy demişkən ""Xural"la Böyük Gələcəyə doğru!"...
IGİD TEYMURLU
Tv 713. az