Rusiyanın ehtiyatları daha 11 milyard dollar azaldı
Rusiyanın beynəlxalq ehtiyatları 2022-ci il sentyabrın 1-nə 565,66 milyard dollar təşkil edib ki, bu da avqustun əvvəli ilə müqayisədə 1,95% (və ya 11,244 milyard dollar) azdır.
Tv 713.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib.
Ötən il sentyabrın əvvəlinə Rusiyanın beynəlxalq ehtiyatları 618,181 milyard dollar təşkil edib.