ŞUŞA SƏFƏRİ VƏ ÜZ TUTULAN "QİBLƏ"

Manset / Yazarlar 12-iyl, 14:519 tv713 164 0
ŞUŞA SƏFƏRİ VƏ ÜZ TUTULAN "QİBLƏ"

İGİD TEYMURLU

YENİDƏN SƏFƏRBƏR OLMALIYIQ!


Hanı müxalifət partiyaları!?
Hanı vətəndaş cəmiyyətləri!?
Nədən bu institutlar Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Amerika səfirlərindən riyakarlıqlarına görə hesab sormurlar? Budurmu dövlətçilik sevginiz? Yenidən səfərbər olmamızın tam zamanı.....

Necə olur ki, bir müddət öncə Qarabağa səfər edən bu riyakarlar bölgənin ayrıca iqtisadi zona elan olunmasından sonra fərqli mövqe nümayiş etdirirlər. İstər İrəvan olsun, istər Şuşa olsun, istər Xankəndi olsun, istərsə də işğaldan azad etdiyimiz digər torpaqlarımız olsun, bütün dünya bilir ki, bu ərazilər əzəli Azərbaycan torpaqlarıdır. Və bütün dünya da bilir ki, məhz Cənubi Qafqazda erməni dövlətini yaradan elə həmin Rusiya, elə həmin Fransa və elə həmin digər Avropa dövlətləriylə digər ölkələrdir. Bu mənada indiki durumda həmin qüvvələrin Azərbaycanın uğurlarını həzm edə bilməmələri gözlənilən idi. Əslində Azərbaycan tərəfinin səfər çərçıvəsində etdiyi uğurlu gediş Azərbaycana qarşı qərəzli mövqedə dayananların özü-özünü ifşası idi və zatən bunu da etdilər. Şuşa səfəri bütün reallıqları üzə çıxardı - həm dünya dövlətlərinin Azərbaycana münasibətini, həm də ölkəiçi siyasi qüvvələrin üz tutduqları "qiblələri"ni...

Nəzərə alsaq ki, bu dövlətlərdən 4-ü həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür, onda vəziyyətin ciddiliyini də unutmaq lazım deyil. Şübhəsiz ki, Azərbaycan tərəfinin səfər təklifi qarşılığında həmin dövlətlərin nümayişkaranə etirazları gizlində saxladıqları niyyətin eskiz formasında təqdimatı idi, daha doğrusu, açıq mətnin ortaya qoyulması.
Dövlətlərarası diplomatik münasibətlərdə müəyyən çərçivələri nəzər alsaq yaxşıya düşünüb belə deyək ki, Azərbaycan iqtidarı daha kombinasiyalı gedişlər üzərində düşünür, prosedur priinsiplərlə tamlaşan hansısa siyasi etikanı gözləyir. Bəs rəsmilərdən fərqli olaraq vətəndaş cəmiyyətlərinin, siyasi partiyaların nəyi və kimi gözləyir?

Amma şübhəsiz ki, istənilən halda söhbət diplomatik dildən gedirsə, onda Azərbaycan hakimiyyəti də kütlənin belə görə və dərk edə biləcəyi dildə bu dövlətlərin diplomatlarından hesab sormalı idi və sormalıdır. Əks təqdirdə Azərbaycan hakimiyyətinin bu ölkələr qarşısında mağmun durumda dayanması vətəndaşın dövlətə olan inamını, güvəncini sarsıdır...

Biz müdafiə olunduqca gücümüz tükənir, tapdalanan haqqımızı xilas edəcək yeganə yol əks hücum taktikasıdır.....

Bu institutların mövcud hakimiyyətdən fərqli olaraq öz etirazlarını daha kəskin, daha sərt formada ortaya qoymaq imkanları olduğu halda susmaları, ortaya birgə mövqe qoymamaları həm təəssüf, həm də təəccüb doğurur.Bütün sahələr üzrə "mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti"ni gecə-gündüz sosial şəbəkələrdə tənqid edib (və haqlı da tənqid edirlər - müəllif) şəbədələr qoşan siyasətbazlar hansı səbəbdən bu dövlətlər qarşısında əməllərilə diligödək görünürlər? Hanı bu qurumların "politoloqlar"ı ? Nədən bu kəslər Amerika, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya diplomatiyasının riyakarlıqlarını onların sifətinə çırpmırlar?...

Belə olan halda istər-istəməz Azərbaycan insanında ölkəiçi siyasi qüvvələrə qarşı bir ümidsizlik, bir inamsızlıq formalaşır. Demək ki, bunları heç də Azərbaycanın çıxarları deyil, daha çox mövqe mübarizəsi, tayfa düşüncəsi ilgiləndirir.

İlham Əliyevi topa tutmaq müxalifətçilik deyil e, müxalifətçilik dövlətçilik və millətçiliyimizin keşiyində durmaqdır.
Buyurun cənab siyasi partiya liderləri və vətəndaş cəmiyyətlərinin rəhbərləri, daha kimlər, kimlər... meydan sizi gözləyir - dövlətçiliyimiz hədəfdədir! Göstərin qərb dünyasına, Rusiya ilə Amerikaya gücümüzü - DÖVLƏT VƏ MİLLƏT NAMİNƏ BİR OLMAĞIMIZIN GÜCÜNÜ, ÖTƏN 30 İLDƏ OLDUĞUMUZ KİMİ.....





Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr