"LAÇIN KORİDORU" İFADƏSİ DİLİMİZDƏN YIĞIŞDIRILANDA.....

Manset / Yazarlar 12-iyn, 16:329 tv713 375 0
"LAÇIN KORİDORU" İFADƏSİ DİLİMİZDƏN YIĞIŞDIRILANDA.....


İGİD TEYMURLU

MÜHARİBƏ HƏLƏ BİTMƏYİB


Ermənistanla Azərbaycan arasında gedən müharibə müəyyən faza çərçıvəsində sona çatsa da, bizimkilər hələ də bunu türk və islam dünyasının problemlərinə ikili standartlarla yanaşmanı özünə prioritet seçən beynəlxalq təşkilatların təbirincə "münaqişə" deyə adlandırırlar...

YANLIŞDIR!

Deyirlər ki, "Qarabağ problemi bizim üçün bitdi".

YANLIŞDIR!

Əksinə, Qarabağ problemi daha kritik bir mərhələyə qədəm qoyub.

Xankəndinin, Xocalının, Əsgəranın, Ağdərənin, Xocavəndin taleyi tam həll edilməmiş Qarabağ problemi necə bitə bilər!?

Mən öz rəhmətə gedənimi doğma yurdumda dəfn edə bilmirəmsə, Qarabağ problemi necə bitə bilər!?..

Azərbaycan sərhəddinə Azərbaycan əsgəri tam şəkildə nəzarət edəndə, "Laçın koridoru" ifadəsi dilimizdən yığışdırılandan sonra Qarabağ problemi bitəcək!!! NİYƏ MƏN ERMƏNİYƏ KORİDOR VERMƏLİYƏM? BUNU ZƏNGƏZUR DƏHLİZİYLƏ EYNİ STATUSDA GÖRMƏK KÖKÜNDƏN YANLIŞDIR!!!

Həftə səkkiz, mən doqquz erməninin, erməni keşişinin Azərbaycan torpağında nə işi var? Bi adamlar niyə Azərbaycan sərhəddindən rahatca içəri buraxılır!?

Bu gün mən rahatca öz İrəvanıma, öz Göycəmə gedə bilmədiyim halda ermənini Azərbaycan sınırlarından içəri buraxmanın adı nə?

Dərbənddə, Borçalıda, Güney Azərbaycanda yüzlərlə dini abidələrimiz var, bəyəm bizim mollalar elə kefi istəyəndə oralara gedə bilirlər?

Dərbənddə, Borçalıda yüz minlərlə, Güney Azərbaycanda 40 milyondan artıq mənim qardaşım, bacım var, belə rahatca onları ziyarət edə bilirəmmi!?

Üstəlik nəzərə alsaq ki, ermənilərin ziyarət etdikləri abidələrin hamısı alban kilsələridir, onda ümumiyyətlə bu mövzunu ermənilərin üzünə tamamən qapatmaq lazımdır...

Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bölgədə marağı olan bütün beynəlxalq güclərin diqqət mərkəzindədir. Belə olan halda heç şübhəsiz ki, Qarabağ probleminin həlli istiqamətində tam və qəti qələbənin çalınması kontekstində Azərbaycan, öz maraqlarlnın təminatı kontekstində dı həmin beynəlxalq güclərin təzyiq rıçaqlarını işə salacaqları şəksizdir. Və bu prosesdə istər diplomatik cəbhə olsun, istərsə də hərbi əməliyyatlar faktorunun heç birini ikinci plana keçirmək düzgün deyil.

Nəzərə alsaq ki, "sülhməramlı" adı altında Rusiyanın böyük bir hərbi kontingenti tam Qarabağın ortasındadır, şimaldan Dağıstan və Dərbənd, eləcə də Xəzər dənizinin Rusiyaya aid ekvatoriyasında mütəmadi olaraq bütün növ hərbi birləşmələr cəm edilir, ardıcıl təlimlər keçirilir, onda düşünməyinə dəyər. Bu gün Ermənistana yal verənlər diplomatiya cəbhəsində Azərbaycana qarşı cəng etməkdədilər. Haqqında danışılan məsələyə və dünya çapında gedən proseslərə beynəlxalq güclərin gözüylə baxsaq, bu gün dünyanın yenidən bölüşdürülməsi prosesi gedir....

Və bütün bunlar ona dəlalət edir ki, Qarabağ problemi hələ bitməyib. Ermənistan-Azərbaycan müharibəsi davam edir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr