ACCESSBANKın cəriməsinə qarşı döyüşçü etirazı

Sosial 21-avq, 19:229 tv713 88 0
ACCESSBANKın  cəriməsinə qarşı döyüşçü etirazı


Vətən müharibəsi döyüşçüsünün gileyi


Bu gün 2-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı Əhədov Rəhim Bulut oğlu mənə zəng vurmuşdu. Elə hiss etdim ki, bir ziyalı olaraq məndən də gileylənir.

Əhədov Rəhim Accessbankdan kredit götürüb. Sonradan Vətən müharibəsinə yollanıb. Müharibəyə gedənə qədər fəhləlik edə-edə bu krediti ödəyirmiş. Aydın məsələdir ki, Rəhim könüllü olaraq müharibəyə gedəndən sonra onun krediti ödəməyə də imkanı olmayıb.

Həmin dövr üçün Accessbank krediti ödəmədiyi üçun Əhədov Rəhimə 320 manat cərimə hesablayıb. Rəhim qardaşımız özünün də dediyi kimi bu məsələ ilə bağlı 19 Avqust 2021 -ci ildə Accessbank-ın baş ofisində olub və krediti ödəmədiyinin səbəbini onlara açıqlayıb. Bildirib ki, həmin dövrdə o, Vətən müharibəsində olub.

Rəhim Əhədovun verdiyi məlumata görə Accessbankda ona bildiriblər ki , "bu məsələdə bizlik heç nə yoxdur, qayda belədir. Sən 200 AZN ödəŞ, cəriməni silək və sonra kreditini cədvəl üzrə ödə"...

Rəhim Əhədov artıq cərimə ödəməyə imkanı olmadığını və müharibə zamanı üçün nəzərdə tutulan qanunvericiliyin mövcud şərtlərini bank rəsmilərinin diqqətinə çatdırsa da, ancaq bunun bir xeyri olmayıb. Bankın Elvin adlı əməkdaşı yenə də bildirib ki, "bizlik bir şey yoxdur"...

Mənə maraqlıdır, doğrudanmı bu boyda bankın həqiqətən mövcud qanunvericilikdən xəbəri yoxdur və doğrudanmı bu bankın Vətənin harayına səs verən bir döyüşçünün 320 və ya 200 manatına ehtiyacı var!? Belə problemin həll edilməsi banklara üçün bunca çətindirmi? Vətən yolunda canından keçməyə hazır olan bir döyüşçü üçün 200 manatından keçmək Accessbank üçün bunca problemlidirmi!?

Mən bütün media nümayəndələrindən xahiş edirəm ki, haqqında danışdığımız məsələnin ictimailəşdirilməsində öz imkanlarını əsirgəməsinlər.

Amil Dadaşov
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar