Diaqnostika mərkəzləri ilə birləşdiriləcək xəstəxanalar
Azərbaycanda bir neçə rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir.
Tv 713. az Report-a istinadla xəbər verir ki, 9 rayonun mərkəzi xəstəxanası həmin rayonlarda yerləşən diaqnostika mərkəzlərinin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
Belə ki, qeyd olunan tibb müəssisələri aşağıdakılardır:
- Füzuli Rayon Mərkəzi Xəstəxanası Füzuli Müalicə Diaqnostika Mərkəzinin
- Lənkəran Mərkəzi Rayon Xəstəxanası Lənkəran Müalicə Diaqnostika Mərkəzinin,
- Qazax Rayon Mərkəzi Xəstəxanası Qazax Müalicə Diaqnostika Mərkəzinin,
- Qəbələ Rayon Mərkəzi Xəstəxanası Qəbələ Müalicə Diaqnostika Mərkəzinin,
- Quba Rayon Mərkəzi Xəstəxanası Quba Müalicə Diaqnostika Mərkəzinin,
- Şamaxı Rayon Mərkəzi Xəstəxanası Şamaxı Müalicə Diaqnostika Mərkəzinin,
- Şirvan Rayon Mərkəzi Xəstəxanası Şirvan Müalicə Diaqnostika Mərkəzinin,
- Zaqatala Rayon Mərkəzi Xəstəxanası Zaqatala Müalicə Diaqnostika Mərkəzinin,
- Tovuz Rayon Mərkəzi Xəstəxanası Tovuz Müalicə Diaqnostika Mərkəzinin ona qoşulması ilə yenidən təşkil olunur