713 saylı taborun İLK ŞƏHİDLƏRİ

Manset / Şahidlər və Şəhidlər 03-noy, 20:549 tv713 27 0


ALXASLIDAN HOÇAZA DOĞRU YÖN ALAN KƏŞFİYYYAT VƏ 713-ÜN İLK ŞƏHİDLƏRİ







Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra ötən əsrin 90-cı illərindən başlanan azadlıq müharibəsində qəhrəmanlıq səlnaməsi yazan taborlar içərisində 713 saylı taborun xüsusi yeri var. Mayor Süleyman Əhmədovun komandiri olduğu bu tabor könüllü hərbi birləşmə olsa da, ancaq taborun fəaliyyəti sırf nizami ordu qayda qanunları çərçivəsində həyata keçirilib. Tabor komandiri Süleyman Əhmədov döyüşdə Şəhid olduqdan sonra 713 saylı tabora komandirlik birinci bölüyün komandiri olan Rəhman İsgəndərova həvalə edilir. Sovet ordu sıralarını tərk edib könüllü olaraq döyüşlərə qatılan həm Süleyman Əhmədovun, həm də Rəhman İsgəndərovun peşəkarlığı taborun şəxsi heyətinin daha böyük təcrübələr toplamasına və döyüşün sirlərinə daha yaxından bələd olmalarına çox müsbət təsir edir. Və elə bunun nəticəsində yüngül silahlarla təchiz edilmələrinə baxmayaraq 713 saylı taborun şəxsi heyəti bütün növ təchizata malik erməni və rus hərbi birləşmələrini keçirdikləri bütün hərbi əməliyyatlarda darmadağın etmiş, Laçın və Ağdərə rayonu ərazilərində düşmənlə müharibədə tarix yazmışlar. Nə yazıq ki, o dövrün siyasi və hərbi rəhbərliyinin naşılığı ucbatından belə igidlərin sayəsində torpaqlarımızın işğaldan azad edilməsi planı üzrə əsaslı iş aparılmamış, əksinə qazanılan uğurların özü belə heçə endirilmişdi. Və elə bunun nəticəsidir ki, qan bahasına yazılan o tarix yaddaşlardan silinməkdə, gerçək qəhrəmanlar unudulmaqdadır.
Məhz bu baxımdan Qarabağ uğrunda gedən müharibənin birinci fazasında iştirak edən qəhrəmanlarımızın söylədikləri, qələmə aldıqları xatirələr tarixilik baxımından əvəzedilməzdir. Belə xatirələrdən birini də 713 saylı taborun ikinci bölüyünün döyüşçüsü Abbasov Musa nəql edir. Şəhid komandir VAQİF QULİYEVİN komandiri olduğu ikinci bölüyün tərkibində Hoçaz əməliyyatında iştirak edən ABBASOV MUSA İNŞALLAH OĞLU o günləri belə xatırlayır:


713 saylı taborun İLK ŞƏHİDLƏRİ



...Tarix dəqiq yadımda olmasa da ancaq baş verənlərin bildiyim qədərində iyul ayında cərəyan etməsini qismən də olsa xatırlayıram. O zaman bizim ikinci bölüyün döyüşçüləri Pircahan kəndindən Alxaslı istiqamətində kəşfiyyata yollandı. Səhv etmirəmsə həmin kəşfiyyat qrupunda birinci bölüyün uşaqlarından da var idi. Biz ALXASLI kəndinə qədər keçdiyimiz əraziləri, eləcə də kəndin özünü ətraflı şəkildə müşahidə etdik. Müşahidələrimiz nəticəsində bəlli oldu ki, evlər qarət olsa da, dağıdılsa da, yandırılsa da, düşmən qüvvələrindən gözə dəyən yox idi. Biz Alxaslıda 1 gecə qaldıq. Səhəri tezdən bizim uşaqlardan bir qrupunu Hoçaza kəşfiyyata göndərdilər.

Biz Hocaz kəndinə çatanda müşahidə apardıq. Gördük ki, burada ermənilərin bir neçə yerdə postları var..

Kəndin başqa yerlərində də onların postları var idi. Biz kəndi ətraflı şəkildə müşahidə etdikdən sonra Sonasara qayıtdıq. Orada da bir gün qalıb erməniləri müşahidə etdik. Gördük ki, erməni hərbçiləri intensive olaraq bura cox gəlirdi.

Biz komandanlığa aparılan müşahidələr barəsində məlumat verdik. İyul ayının 29-da biz Hoçaz kəndinə hücuma kecdik. Həmin döyüşdə erməniləri darmadağın etsək də, bizim ikinci bölükdən də 7 döyüş qardaşımız şəhid oldu.

Qeyri-bəqabər döyüşdə biz Şəhidlərimizi götürə bilmədik. Biz gecə Pircahana gəldik. Sübh tezdən Pircahan kəndindən 1-ci bölüyün döyüşçüləri HOÇAZA doğru hücuma keçdi. Biz də əlavə köməkçi qüvvələrin Hoçaz istiqamətində gələ biləcəyi koordinatları nəzarətdə saxlamaqla yanaşı sonradan kəndin içinə hücuma keçdik. O günü Hoçazda qanlı bir döyüş oldu. Biz Hoçaz kəndini ermənilərdən təmizləyib, 7 Şəhidimizin də nəşini götürüb Pircahana qayıtdıq.

KAMİLLƏ ASƏFİN KƏŞFİYYAT MƏLUMATLARI"






İkinci bölüyün döyüşçülərindən olan ABDULƏZİMOV ABBAS Hoçaz əməliyyatıyla bağlı danışanda o günləri xatırlayıb “biz onda həm də qələbəmizə sevinə bilmirdik” deyir.

...1992- ci ilin iyul ayında Laçın rayonunun Pircahan kəndindən Alxaslı istiqamətinə yola çıxdıq. O gecə Alxaslı kəndində qaldıq. Əvvəlcədən aldığımız məlumatdan bilirdik ki, Hoçaz kəndində mənfur erməni daşnakları özləri üçün qərargah yaradıblar. Şəhid Vaqif Quliyevin ikinci bölüyündən olan şəhid Kamil və Asəf qardaşları Hoçazdan olduqları üçün kəşfiyyat qrupunda Hoçaz istiqamətinə yollanmışdılar. Asəflə Kamilin əldə etdikləri kəşfiyyat məlumatları əsasında ikinci bölük hücuma keçəsi oldu..


VAQİF QULİYEVİN ƏMRİ: "MƏN ÖLSƏM DƏ, TORPAQLARI AZAD ETMƏYİNCƏ DAYANMAYIN!"


O vaxtdan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq rəhmətlik Vaqif Quliyevin dedikləri bu gün də mənim yadımdan çıxmır. O zaman hücum öncəsi Vaqif bizi sıraya düzüb dedi:

"Uşaqlar, komandir mənəm, qabaqda mən gedəcəm, əgər görsəniz mən ölmüşəm, dayanmayın, düşməni məhv edin, torpaqlarımızı işğaldan azad edək"...

Biz düşmənə aman vermədən hücuma keçdik. Həmin döyüşdə 38 daşnak məhv etdik, birini əsir götürdük. Çox təəssüflər olsun ki, bu döyüşdə biz də 7 şəhid verdik, o cümlədən, Kamil və Asəf qardaşları da şəhid oldular. Bu, bizim 713 saylı taborun ilk şəhidləri idi. Biz, o cümlədən, rəhmətlik komandirimiz Vaqif Quliyev çox pis olmuşduq. Qələbəmizə sevinə bilmirdik.
Axşam düşürdü. Biz qeyri-bərabər döyüşdə yaralı qardaşlarımızı götürüb geri Pircahan kəndinə çəkiləsi olduq. İyul ayının 30-da birinci bölüyün döyüşçüləriylə birgə bizim iknci bölük Hoçaz kəndini ermənilrdən təmizləyib, Şəhidlərimizi də döyüş zonasından çıxardılar..


İGİD TEYMURLU
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr