11 oktyabr Matəm Günü elan olunub.
Təyyarə qəzası ilə bağlı Tatarıstanda 11 oktyabr Matəm Günü elan olunub.
TV 713. az saytı xəbər verir ki, “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu bu gün Tatarıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova bildirib.
Qeyd edək ki, bu gün Tatarıstanda paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 6 nəfər yaralanıb.