YAŞAT Fonduna nə qədər vəsait yığılıb və hara xərclənib?

İqtisadiyyat 08-dek, 14:109 tv713 30 0
YAŞAT Fonduna nə qədər vəsait yığılıb və hara xərclənib?


Bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib. Bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla, ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Tv 713. az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev YAŞAT Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Ülvi Mehdiyev bildirib ki, bu günə qədər Yaşat Fonduna 65 milyon manat ianə olunub:

“Fond tərəfindən 11 minə yaxın şəxsin müraciəti öz həllini tapıb. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üçün 458 478.51 manat, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716.49 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün isə fonddan 11 128 461.65 manat vəsait sərf olunub".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr