AUTİZM SİNDROMU: İLAHİ ƏDALƏT və yerdəki "Allahlar"
İGİD TEYMURLU
Tv 713
BİZ DƏ ALLAH BƏNDƏLƏRİYİK VƏ FƏRQLİ VARLIQ DEYİLİK!!!
Kim bizləri göz yaşını gilələyib Allahına doğru atan Məmləkət Əhlinə çevirdi? Cavab bəlli: cürbəcür qılıqda, cürbəcür qiyafədə olan yerdəki "Allahlar"!...
AUTİZM SİNDROMLU UŞAQLARın fərqli dünyaları var. Amma nə yazıq ki, məmləkətimizdə çoxları o mələk xislətlilərin dünyalarına hələ də bu qaniçən zamanın prinsipləriylə baxmaqdadılar. Etməyin, lütfən, etməyin! İlahi Ədalətdən qorxun!..
AUTİZM SİNDROMLU UŞAQLARIN REABİLİTASİYALARIYLA MƏŞĞUL OLAN MƏRKƏZLƏRdəki ödəniş haqqından dövlətin xəbəri varmı? Daha doğrusu, DÖVLƏT ADINA DANIŞANLARIN?
Şübhəsiz ki, var! Çünki dövlətin adından danışan bu adamların tam əksəriyyəti məhz həmin mərkəzlərin arxasında dayanır! Bunu əldə olan faktlar deməsə də, ancaq məntiq deyir.
Əgər autizm sindromlu uşaqların valideyinləri məhz görüntü naminə keçirilən tədbirlərdə dövlət səviyyəsində belə bir mərkəzin yaranma zərurətini dəfələrlə Musaurudların, Qənirəpaşayevaların, Məlahətibrahimqızıların diqqətinə çatdırıblarsa və buna müqabil o adamların simasında yuxarı instansiyalar qarşısında bu məsələ ardıcıl olaraq sual formasında qaldırılmayıbsa, demək ki, gözəlim məntiq söyləyən düppədüzdür..
NƏDƏN dövlət səviyyəsində böyük bir mərkəzləşdirilmiş reabilitasiya mərkəzi yaradılmır?
NƏDƏN lap elə həmin reabilitasiya mərkəzlərində fəaliyyət göstərən loqopedlərə, defektoloqlara, psixoloqlara, əmək və bədən tərbiyəsi müəllimlərinə, bütövlükdə işçi personala dövlət tərəfindən yüksək məbləğdə əmək haqqı ( onların ağır, əziyyətli işləri bunu tələb və haqq edir)ödənilmir?
NƏDƏN hər məsələdə "Avropa standartı"nı az qala vətəndaşın gözünə soxan dövlət adından danışanlar Avropada autizm sindromlu uşaqlara yaradılan şəraiti, tətbiq olunan sosial təminatı Azərbaycanda gerçəkləşdirmirlər?
NƏDƏN autizm sindromlu uşaqların ehtiyacları dövlət tərəfindən qarşılanmır?
NƏDƏN autizm sindromlu uşaqların mənzil şəraitlərinin yaxşılaşdırılmasıyla bağlı sosial təminat naziri Milli Məclisə təkliflər paketi təqdim etmir?
NƏDƏN Milli Məclisin özündə bu işə yükümlü olan komissiyalar problemləri gizlətməklə dövlət başçısını aldadırlar?..
SABAH MƏN OLMAYANDA yaratdığınız bu qaniçən dünyada kim bu uşağa həyan duracaq?
SABAH MƏN OLMAYANDA bu uşağın ehtiyaclarını kim və necə ödəyəcək?
SABAH MƏN OLMAYANDA bu uşaq hansı sosial təminatla yaşayacaq?
SABAH MƏN OLMAYANDA tətbiq etdiyiniz kommunal xərcləri bu uşaq necə önləyəcək?
SABAH MƏN OLMAYANDA bu uşaq harada işləyəcək, nə yeyəcək, nə içəcək?
SABAH MƏN OLMAYANDA bu uşaq yaşamaq üçün hansı iş yerinə üz tutacaq?
SABAH MƏN OLMAYANDA bu gün eybəcər kodekslərlə formalaşdırdığınız cəmiyyətdə bu uşaq necə baş çıxaracaq?
VƏ...VƏ ZATƏN kimsə bu məsələdə "dövlətin bundan xəbəri yoxdur, dövlətin buna imkanı yoxdur" söyləməsin.
"Dövlətin bundan xəbəri yoxdur"sa, onda bu, necə dövlətdir?
Yaxud, dövlətin bunlardan xəbəri varsa və problemlər yerində sayırsa, onda yenə də, bu, necə dövlətdir?
"Dövlətin imkanı" məsələsinə gəlincə...
BU GÜN DÖVLƏTİMİZİN İMKANI ÖZÜMÜZƏ -BİZƏ YETƏCƏK QƏDƏRDİR!
Bunun əksini deyənlər bu dövlətin gücünü görmək istəməyən bizdən olmayanlardır....
"Dövlətin imkanı yoxdur"sa bəs nədən həmin nazirlərin, həmin deputatların, həmin şirkət sahiblərinin özləri, övladlarıyla bağlı min cür acı həqiqətlər gündəmi bürüyür və bürüyüb. Biri villa alır, biri ayı yeyir, biri 3 milyonluq saat itirir, biri nə bilim nə edir? Haradandır bu paralar? Dədələrinin zavod, fabrikləri, yaxud dədələrindən qalma küpə sahibdirlər?
Yanlarında 10 nəfər müavin, 10 nəfər müşavir, 10 nəfər katibə, 10 nəfər köməkçi, 10 nəfər sürücü, 10 nəfər mühafizəçi saxlayırlar. Onlara ödənilən pullar haradandır? İki gündən bir öz əmək haqlarını qaldırırlar? Nədən bu adamların qiyməti yüz minlərlə ölçülən bom-boş villalarında gecələr bayquş ulayır, ancaq autizm sindromlu uşaqların ailəsi balaca bir komada yaşayırlar? Bəyəm o adamlar bu dövlətin adamı deyillər, onlar bizdən deyillərsə, bəs nədən hakimi-mütləqdirlər?
Necə olur bu adamların kef çəkməsi, yeməsi, içməsi, ev tikməsi üçün pul tapılır, ancaq autizm sindromlu uşağı olan valideynin yaşayış şəraitinin yaxşılaşdırılması üçün pul tapılmır?
Araşdırın, müqayisələr aparın. Həmin nazirlərin, həmin deputatların, bütün icra hakimiyyəti başçılarının hətta ehtiyacları olmasa belə onlarla evi var, ancaq autizm sindromlu uşaq üçün ev, torpaq tapılmır.
MƏNDƏN ALINAN VERGİ MƏNİM PROBLEMLİ ÖVLADIMA DEYİL, HARIN MƏMURUN, SAXTA VƏ HARIN DEPUTATIN SAXLANILMASINA XƏRCLƏNİR?
Bundan utanmaq lazımdır, Məlahət İbrahimqızı, bundan!
DÖVLƏTİ MİLLƏT OLARAQ BİZ QURMUŞUQ, AMMA VƏTƏNDAŞA QARŞI DÖVLƏT ADINDAN LAQEYD MÜNASİBƏT SƏRGİLƏYƏNLƏR O DÖVLƏTİ DAĞITMANIN PEŞİNDƏDİLƏR BÖYÜK MƏNADA. Təhsil, Səhiyyə, Sosial Təminat nazirliklərinin, Milli Məclis deputatlarının, yerli icra hakimiyyəti başçılarının bu konuda yarıtmaz və yaramaz fəaliyyərləriylə bağlı faktlar sistematik, ardıcıl və prinsipial şəkildə ortaya qoyulmalıdər. Yerdə sayan problemlər də deməyə əsas verir ki, onlar bu məsələyə problemin həll edilməsi kontekstindən deyil, daha çox öz biznes maraqlarının inkişafı prizmasından baxırlar.
Bax dediyiniz Avropa bu məsələdə bizə gülür!
ƏSİL UTANC BUDUR - yerdəki "Allahlar"ın ucbatından DÖVLƏTİN VƏTƏNDAŞINA BABALIQ EDƏ BİLMƏMƏSİ! Dövlət adından danışanlar, Sizlər də bunu nəzərə alıb özünüzdən utanmayacaq qədər böyük olun!
OXUYUN VƏ UTANIN!!!
Vətəndaşın dərdi önündə əyilin, çiyninizi bu yükün altına verin! GÜNÜN BİRİNDƏ DÖVRANİ FƏLƏK BU MƏLƏK SİMALAR ÜÇÜN ETMƏDİKLƏRİNİZƏ, ONLARIN DƏRDİNİ DUYMADIĞINIZA GÖRƏ SİZLƏRİ CƏZALANDIRACAQ, BUNA ŞÜBHƏNİZ OLMASIN!
İlahi Ədaləti unutmayın!