SEVİNCİN PAŞİNYANI VƏ PAŞİNYANIN SEVİNCİ

Yazarlar 09-dek, 03:119 tv713 104 0
SEVİNCİN PAŞİNYANI VƏ PAŞİNYANIN SEVİNCİ

İGİD TEYMURLU



OSMAN MİRZƏYEVİN RUHUNA HÖRMƏTSİZLİK

"...Kaş ki, prezidentim Paşinyan olaydı"!!!
Sevinc Osmanqızının arzusu, səsləndirdiyi fikirdi bu, içində təzadlar və qəlbinizdən keçən təzə adlar olsa da...

Buna münasibətdə adam söz deməyə də çətinlik çəkir. Bu elə doğrudan da, əsil alt qata enməyin, alt qatda eşələnməyin görüntüsüdür. Ki, Sevinc Osmanqızı bunu da sərgilədi....

Sevinci böyüdən, Sevincə sahib çıxan, Sevinci adam eləyib ortalığa çıxaran onun publisistik fəaliyyəti olmayıb. Sevincin əldə etdiklərini hamısı bu millətin, bu dövlətin bir Şəhid övladına olan sayğısı və qayğısı sayəsində olub. Sevincin indiki halısa ilk növbədə onun nəfsinin quluna çevrilməsinin görüntüsüdür. Özünü bunca ucuzlaşdırmaqla Sevincin nəyin peşində olması fərd olaraq şəxsən mənim heç marağımda da deyil. Sadəcə olaraq, öz Paşinyan sevgisini virtual olaraq ekstaz vəziyyətdə dilə gətirən Sevincin davranışları da, danışıq tərzi də, mimiki hərəkətlərlə sözün ifadəsi də onun paranoikliyindən xəbər verir...

Bəli, Sevinc əsil Maştağa, ya da Şorsulu psixiatrik mərkəzinin pasiyenti kimi danışır. Özlüyündə guya ki, Sevinc Osmanqızı İlham Əliyev hakimiyyətindən öç alırmış kimi bu ifadəni işlədir. O İlham Əliyev ki, xaqla ordunun birliyinə nail olmaqla Sevincin dədəsi Osman Mirzəyev də daxil olmaqla Şəhidlərimizin qanı ilə suvarılan yurd yerlərimizi işğaldan azad edib!!! Çox tragikomik bir səhnə...

Siyasi səhnədə Sevincin arzuladığı, Sevincin görmək istədiyi "kişi"yə baxın - Paşinyan!!!

Kimmiş bu Paşinyan? Düz 30 il bundan qabaq Sevincin dədəsi Osman Mirzəyevi helikopterdə qəzaya uğradan, vuran, yandıran erməni millətinin nümayəndəsi!!!!

Bu qız əməlli başlı çıldırmış!

İşlətdiyi ifadə ilə guya ki, Azərbaycan iqtidarını hədəf götürən Sevinc əslində öz dədəsi Osman Mirzəyevin Ruhuna yumşaq dillə desək, hörmətsizlik edir!...

O Osman Mirzəyev ki, Sevincin indi qulluğunda dayandığı Əli Kərimlilərin də təmsil olunduqları Elçibəy hakimiyyətinin zaman-zaman topa tutduqları Ayaz Mütəllibov komandasının üzvlərindən biri!!!.

Ayaz Mütəllibov hakimiyyətini gecə gündüz təbliğ edib dağ başına qaldıran da elə həmin informasiya maşını idi...

Bu təzadlarla bağlı Sevinc Osmanqızı görən nə deyə bilər!?...

Başqa bir təzad da var: Sevinc Paşinyanı arzulayır, onun idarəçiliyində mutlu olacağını düşünür. Paşinyansa başqa bir məqama münasibətdə SEVİNC hissini gizlətmir, " Azərbaycan qəbul edərsə, oğlumu Bakıya göndərərəm" deyir....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar