"Xarabalıq"da zümzümə

Manset / Yazarlar 27-noy, 23:309 tv713 86 0
"Xarabalıq"da zümzümə

İGİD TEYMURLU



Və GÖYLƏRə atılan daş

Millət vəkili SABİR RÜSTƏMXANLI sosial şəbəkədə bir paylaşım edib. Müğənni Aztv-nin redaktorunun diliylə desək, "xarabalıq"da oturub bir mahnıdan "..könüllər cəlb edən bu xoş mənzərə" deyə zümzümə edirmiş....

SABİR BƏY də burada bir harmoniyanın olmadığını vurğulayıb. Buna münasibətdə fərqli münasibətlər ortaya qoyulub ki, bu da təbiidir.

Amma ortalıqda bir həqiqət də var axı: o həqiqət doğrudan da, bilərəkdən, ya da bilməyərəkdən, məqsədli, ya da məqsədsiz vizual təqdimatda harmoniyanın olmamasıdır...

Hər şeydən öncə vurğulamaq lazımdır ki, bütün həyatını Azərbaycanın varoluşuna, Azərbaycanın ayaqda durmasına sərf edən bir Aydının dilindən səslənən fikri "müttəhimlər kürsüsü"ndə əyləşdirəndə sındırmaq istədiyiniz güzgüdə, yaxud xəyalən sındırdığınız güzgü qırıntılarında özünüzə baxın...

Sözü deyən SABİR RÜSTƏMXANLIdır, sıradan bir Adam deyil.

Özgürlüyümüz uğrunda imperiyalarla mübarizə aparan Sabir Rüstəmxanlı...

Vətəni necə sevməyi, mübarizəni necə aparmağı cild-cild kitablarından öyrəndiyimiz Sabir Rüstəmxanlı...

30 illik qanunverici orqanda təcrübəsi olan Sabir Rüstəmxanlı...

Yetər ki, sən bu Adamın təkcə yazdığı kitabların adlarına nəzər yetirəsən, onda görəcəksən ki, ortaya qoyulan iradları öz məntiqinin süzgəcindən keçirsən, qənaətində yanlış olduğunu anlayacaqsan. Və görəcəksən ki, bu, göylərə atılan daşdır....

Rüstəmxanlı bəyəm "Oxuyur Vətən" anlayışının spesifikasını Sizdən azmı bilmir?...

Sabir bəyin paylaşımına münasibətdə bildirilən rəylər arasında həmin vizual görüntünün redaktorlarından olan MINTAC ELSEVƏRin fikri diqqətimi çəkdi. Bu xanım redaktor öz cavab haqqında rəy bildirən ELÇİN ZAHİROĞLUnun mövqeyilə razılaşmır, üstəlik o səhnənin düzgünlüyünə bağlı nəyisə əsaslandırmağa çalışır....

Hər şeydən öncə unutmaq lazım deyil: bu kateqoriyadan olan Aydınlar çoxdan, lap çoxdan vətənləşiblər, Onlar yeriylə, göyüylə Vətənin Özüdür, hörmətli Mintac Elsevər!....

"Vətən bütün xarabalığı ilə Sizin" olsaydı, Vətənin Zirvəsinə üz tutub virtual olaraq "küfr" etməzdiniz, hörmətli redaktor....

Mən də sıradan bir fərd olaraq Sabir bəyin iradlarını öz iradlarım kimi Sizlərə çatdırıram!...

Siz redaktorsunuz, gözəl bilirsiniz ki, müğənninin oxuduğu mahnıyla faktiki görüntü arasında ziddiyyət var və bunlar bir-birini tamamlamır, həmahəng deyil, harmoniya deyilən şey yox... Vizual dillə danışırsınızsa əqdim olunan təsvirin özü müğənninin ifasını tamamlamalı idi, xanım əfəndi, amma tamamlamır. Siz bu mahnını "xarabalıqlar"da deyil, "Zəfər yolunda təqdim etməli idiniz, xanım əfəndi...

Az müddət olsa belə mən də o "xaraba"nın sakinlərindən olmuşam və az da olsa bu sahədən anlayışım var...

Siz yanlışınızı etiraf etməklə gözlərdə böyüməliydiniz. Amma açıqlamanızla Özünüzə qənim kəsilmisiniz. Sizlərin bu yanaşmanız "Mən A-Z-Ə-R-B-A-Y-C-A-N-I çox sevirəm!" kimi bir şeydi....

Söylədim televiziyanın dilinin həm də vizual olmasını. Fərqindəsinizmi, Siz bu təqdimatla, bu vizual dillə "xaraba" bir məmləkətin arzusunda olmağınızı təqdim edirsiniz!!! Bunun qarşılığında durub səhvinizi etiraf etməkdənsə Elçin Zahiroğluna dərs keçməyə çalışırsınız. Halbuki Elçinin yanaşması tam normal bir yanaşmadır..

Sözün Sehri, Sözün Möcüzəsiylə möhtəşəm Qala yapan Söz Adamına müasir gəncliyin tutduğu irad yumşaq dillə desəm, çox bəsit görünür. Söylədiyim kimi mən rəylərdən bir qisminə baxmışam. Sizin fikriniz diqqətimi cəlb etdiyindən buna münasibət bildirdim, yazdığım rəy də ənənəvi yanaşmalar təbirincə desəm, Sabir bəyi müdafiə üçün deyil. Zatən Sabir bəyin buna ehtiyacı da yox!...

Və xanım əfəndi, Aztv "dövlətin klassikasıdır" fikriniz də kökündən yanlışdır. Dövlət bir BABAdır, Aztv-nin yerini düzgün müəyyənləşdirin.... Necə yəni, "...götürürsüz pultu, kanalı dəyişirsiz"?. İndiki Aztv-çilərin gerçək təfəkkürü bumu!? Mənim baxışlar sisteminin hakimi Aztv-çilərdimi!? Mənim cibimin puluyla həyatını sürdürən televiziyanın mənim istəklərimin, mənim baxışlarımın təminatçısı olmaq onun boyun borcudur. Yetər ki, televiziya boynundakı yükü daşımaqla məşğul olsun, daha redaktorlarının diliylə dərs verməyə çalışmasın. Onda tamaşaçının da diqqəti şəksiz "Oxuyur Vətən"ə, Zəfər Yoluna hakim kəsiləcək, zümzüməylə vəsf edilən "xarabalıq"lara yox ...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr