Kerçə üzən Ukrayna gəmisi Rusiyanı hərəkətə gətirdi
Kerç boğazına istiqamətlənən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Donbas” gəmisi geri qayıdıb.
Tv 713 .az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, gəmi heyəti sorğulara cavab vermir.
FTX ekipajın bu addımını provokasiya və naviqasiya təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.
Qeyd edək ki, bundan öncə Rusiya xüsusi xidmət orqanı “Donbas” gəmisinin Rusiya qanunvericiliyinə müvafiq olaraq xəbərdarlıq etmədən Azovdan Kerç boğazına istiqamət alması barədə məlumat yaymışdı.
Ukrayna ordusu isə gəminin beynəlxalq sularda üzdüyünü, heç bir pozuntuya yol vermədiyini bildirmiş, silahsız gəmidən Rusiyanın bu qədər təşvişə düşməsini anlamadığını vurğulamışdı.