"ODURAĞARAN", yoxsa "ODURAKƏRAN"?

Tarix 15-dek, 05:349 tv713 293 0
"ODURAĞARAN", yoxsa "ODURAKƏRAN"?


Toponimin izi ilə gedən ZAHİR MƏLİKLİdən maraqlı yanaşma



Azərbaycan Milli Arxivi, iş davam edir. Bu arxivin Yeganə xanım adında kitabxana müdiri və Gülnisə xanım adlnda oxu zalının müdiri var. Bu xanımlar işinin əsil peşəkarları olmaqdan əlavə, bu zəmanədə az -az rast gəlinən, işini ləyaqətlə yerinə yetirən, araşdırma aparan hər bir adamın istədiyini tapıb vermək üçün əlindən gələni əsirgəməyən əməkdaşlardır. Həqiqətən belələrinin qədrini bilmək lazımdır. Yeri gəlmişkən əziz İgid Teymurlu, sizin kənd niyə axı Odur ağaran olsun? Gül kimi əsil türk nəslinin nümayəndəsisiniz, odrək ərənlərinin nümayəndəsisiniz, sizin kənd niyə ağarsın axı? Yaxşı sizin kənd deyək ki, odur ağaran oldu, nəsə rəy bildirmək olar, bir yolçu tutaq ki, yolunu azıb, sizin kənd də ağarıb və bu adı veriblər. Bəs osn ağaran nədir, ur ağaran nədir? Yardımlı əsil türk ərənlərin və müxtəlif tayfalara mənsub ərənlərin diyarıdır. Və bu ərənlər bu torpaqların ulu sakinləri olublar, o küp qəbirlərdə yatanlar da sizin mənsub olduğunuz odrək ərənlər, mənim mənsub olduğum zəngi ərənlər, bonay ərlər, bəltəb ərlər və digərləridir. Səlcuqlar X əsrdə Azərbaycana gələndə bu türk tayfaları artıq burada var idilər və İslamı da səlcuqlardan xeyli əvvəl elə Peyğəmbər dövründə qəbul eləmişdilər. Elə ona görə də öz vətənlərindən didərgin salınan Əhli -Beyt törəmələrinə (seyyidlırə) nə Yəməndə, nə də indi onlara guya ən yaxın olan kimi özünü göstərən İranın farslar yaşayan cənubunda havadar durmadılar. Azərbaycanda isə çox rahat yerləşdilər. Çünki səlcuqlar samanilər dövründə İslamı qəbul etsələr də Azərbaycanda Əhli -Beyt imamları dövründə müsəlmançılıq qəbul edilmişdi. Bunları ədəbiyyatdan deyirəm. Bütün bunlar dərindən araşdırılacaq və nəzərdə tutduğumuz layihədə öz əksini tapacaq. Adını çəkdiyim bizim yeli türk tayfalarının hamısının adı tarixi mənbələrdə var ki, indi bu barədə danışmaq istəmirəm. Harada ər kəlməsi varsa onu həm ruslar, həm də digər "qardaşlarımız" dəyişdirməyə çalışıblar. Yardımlı regionda bütün tarixi hadisələrin keçid nöqtəsi olmaqla bərabər fəxr edə biləcəyimiz əsil türk əcdadlarımızın yaşadığı məkan olmuşdur. Sadəcə bizi dədı-baba torpaqlarımızdan bəlkə də xoş niyyətlə 2-3 əsr uzaq salıblar. Hamısı bu deyil....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr