MM-də kazinoların qurulmasıyla bağlı təklif

Siyasət 20-dek, 16:399 tv713 54 0


MM-də kazinoların qurulmasıyla bağlı təklif

"Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, Azərbaycanda əyləncə və azart oyunları turizmi inkişaf eləsin. Bu da bir turizm növü kimi bu qanuna daxil edlsin. Əgər kazinoların açılmasına icazə verilsə, qonşu Türkiyədən, İrandan, digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən çoxsaylı turst cəlb etmək mümkündür".

Tv 713. az xəbər verir ki, bu fikirləri Milli Məclisin “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, bu məsələni dəfələrlə qaldırıb:

“Məsələn, Rusiyada 4 bölgədə kazinoların yaradılmasına icazə verilib. Azərbaycanda da Qarabağda, Zəngəzurda belə bi kazinonun açılmasına imkan vermək olar. Yaxud keçmiş Nargin adası var. Bakıdan 10 kilometr məsafədə yerləşir. Təyyarə ilə Bakıya enəndə görürük ki, bu ada kifayət qədər böyük bir ərazidir. 1,4 kvadratkilometrlik ərazi olsa da, tam istifadısiz qalıb. Xaricdən investorlar cəlb edib, orada kazinoların açılmasına imkan yaratmaq olar. Bundan başqa, mən onu da qeyd etmək istəyirəm ki, qanunların qəbul olunması ilə, əlbəttə, biz bu sahədə ciddi normalar tətbiq etməklə nizam-intizam yaratmalı, münsibətləri tənzimləməliyik. Amma Azərbaycana turist cəlb etmək üçün xidmət sferası, burada işin təşkili, xidmətin səviyyəsi yüksəldilməldiir. Bunun üçün də həmin xidmət sferasında çalışan şəxslər ingilis dilini bilməlidirlər. Azərbaycanda rus dili geniş yayılıb. Bundan istifadə edərək vətəndaşlarımız keçmiş sovet respublikalarının vətəndaşları ilə sərbəst ünsiyyət qura bilirlər. Əlbəttə, bu, təqdir olunmalıdır. Amma hazırda xarici dillərin öyrədilməsi yetərli deyil. Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr