"Neft qoxulu deputat": Könül Nurullayeva etimadı doğrultmur?

Aktual / Manset 14-iyl, 09:359 xebertv 379 0
"Neft qoxulu deputat": Könül Nurullayeva etimadı doğrultmur?

Reportyor.info-nun başladığı “Ən yeni deputatlar” rubrikasının bu dəfəki qonağı xanım millət vəkili Könül Nurullayevadır. O, 24 saylı Nizami birinci seçki dairəsindən mandat qazanıb.

Bu dairənin əvvəlki deputatı SOCAR prezidenti Rövnəq Abdullayev olub. Elə xanım Nurullayeva da bu faktoru nəzərə aldığını deyərək, seçicilərlə Keşlədəki ilk görüşünə SOCAR prezidenti ilə birgə qatılmışdı.
Təsadüfi deyil ki, K.Nurullayevanın seçki qərargahına da SOCAR prezidentinin köməkçisi Sadiq Mahmudov rəhbərlik edib.
Yəni, bütün bu nüanslar Nurullayevanın necə, hansı səviyyədə dəstək alaraq deputat adını qazandığını sübut edir.
Reportyor.info bildirir ki, onun parlamentdə debütüdür. Yəni, ilk dəfə deputat olan xanım Nurullayeva Milli Məclisdə ən yenilərdəndir.
Bu günə qədər ictimaiyyət və 24 saylı Nizami I seçki dairəsinin seçiciləri onu tanımayıblar. Onun fəaliyyət sferası – idman sahəsi, olimpiya komitələrində tutduğu vəzifədən irəli gələr ictimai-siyasi çevrələrdə görünməyib, fəallığı olmayıb. Nurullayevanın adı hansısa korrupsiyada və qalmaqalda da hallanmayıb.


"Neft qoxulu deputat": Könül Nurullayeva etimadı doğrultmur?


Könül xanım ilk baxışda kifayət qədər mehriban, gülərüz, gözəgəlimli təəssürat bağışlayır. Amma seçici və ictimaiyyət üçün prioritet məsələ onun zahiri görkəmi yox, fəaliyyətinin nədən ibarət olmasıdır.
K.Nurullayeva seçicilərlə aktiv işləyən, ünsiyyət qura bilən deputatlardan sayılmır. Onun deputat olduğu dairə üzrə kifayət qədər sosial və məişət problemləri olan seçiciləri var.
Amma K.Nurullayeva SOCAR rəhbərliyindən aldığı dəstək sayəsində millət vəkili olduqdan sonra seçicilərlə intensiv görüşləri, onların problemlərini, müraciətlərini Milli Məclisdə qaldırmağı unudub.
Bundan əlavə, pandemiya dövründə ayrı-ayrı deputatlar imkan daxilində seçicilərlə onlayn görüşlər keçirir, müraciətlərinə baxırlar. Xanım deputat isə parlament fəaliyyətinin siftəsində hələ ki fəallıq nümayiş etdirmir.
Onun ümumi məsələlərə, gündəmdə olan proseslərə bir deputat kimi münasibət bildirməsini, parlamentdə hansısa təşəbbüs irəli sürməsini də xatırlamaq olmur.K.Nurullayeva indiyə qədər hökumətin pandemiya ilə bağlı atdığı addımlar, Operativ Qərargahın verdiyi qərarlar haqda danışmasını, karantin rejimi ilə bağlı subyektiv fikirlərini bildirməsini görmək olmur.
O, ara-sıra Qarabağ münaqişəsi və beynəlxalq mövzularda yazılı açıqlamalarını cari KİV-də yaydırır və bununla işini yekunlaşmış hesab edir. Hərçənd ki, prezident yeni parlamentin üzvlərini fəal görmək istədiyini dilə gətirmişdi.
Dövlət başçısı arzulamışdı ki, köhnə parlamentdən fərqli olaraq, indiki MM üzvləri ictimai nəzarətin təmin olunmasında daha çox təşəbbüskarlıq, aktivlik göstərsinlər.
Amma K.Nurullayeva və bir sıra ən yeni deputatlar hələ ki etimadı doğrultmuş görünmürlər. Həmin yeni deputatlardan biri isə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Şahin Seyidzadədir. Rubrikamızın növbəti buraxılışında onun fəaliyyətini təhlil edəcəyik…

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr