ABŞ: KTMT ilk tələbdə Qazaxıstanı tərk etməlidir
KTMT-nin hərbi kontingenti Qazaxıstan hakimiyyətinin ilk tələbində ölkədən çıxmalıdır.
Tv 713.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Biz KTMT və onun qüvvələrini beynəlxalq insan haqlarına hörmət etməyə, konfliktlərin sülh yolu ilə həllini dəstəkləməyə və Qazaxıstan hakimiyyətinin ilk tələbində dərhal ölkəni tərk etməyə çağırırıq”, - deyə amerikalı rəsmi bildirib.