“Virtual bələdçi” xidməti istifadəyə verilib
“Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən "Report"a bildirilib ki, xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.
Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin ad, soyadı və ata adı, sinif, məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə [email protected] elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində məktub bölməsinə göndərə bilərlər.
tv713.az