Müharibə veteranı" adı və təqaüdü bu aydan verilir
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü yanvar ayı ərzində ala biləcəklər.
Tv 713 .az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov Real TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşacaq.
"Vətəndaşlara sosial dəstəyin verilməsi istiqamətində atılan addım Vətən müharibəsində iştirak edən, vəzifəsindən və orada gördüyü işdən asılı olmayaraq bütün qaziləri əhatə edəcək", - B.Hüseynov bildirib.