Parklanma müddəti 48 saata qədər uzadılır
Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Tv 713. az xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsüuliyyət daşıyırlar.