REGİONLAŞMA milli təhlükəsizliyimizə təhdiddir

Aktual / Siyasət / Cəmiyyət / Manset 24-sen, 19:359 tv713 27 0



Vüqar Dadaşov
hüquqşünas






İndiki formada regionlaşma, dövlət orqanlarına kommersiya yanaşması dövlətçiliyə, milli təhlükəsizliyimizə təhdiddir

Regionlaşdırma proqramının yaratdığı ağır nəticələri inkar etmək mümkün deyil. Rayonlarda dövlət orqanlarının şöbələrinin, digər qurumların ixtisarı, funksiyalarının region mərkəzlərinə verilməsi iş yerlərini azaldıb, əhalinin xidmətə əlçatanlığını məhdudlaşdırıb, məsafə məsələsi ilə əhalinin xərclərini artırıb, vaxt itkisinə səbəb olub. İnfrastruktur və kommunal xidmətin təminatı ilə bağlı problemlər və üstəlik bunun təbiətdən istifadəsi ilə bağlı uyğunsuzluğu, məhdudiyyəti əhalinin köçkünə səbəb olan amillərdəndir. Əhalinin sosial təminatı ilə də bağlı məlum süni əngəllər də mövcuddur. Bu səbəbdən paytaxta, böyük şəhərlərə əhalinin kütləvi köçü nəticəsində rayon və kəndlərimiz boşalıb, kənd əhalisinin fərdi və kənd təsərrüfatı məhv olub.

Əlaqəli olaraq paytaxtda əhali sıxlığı, məktəblərdə, xəstəxanalarda slxlıq, tıxac, qiymət artımı və sair... Rayon və kəndlərdə isə əksinə məktəblər boş, xəstəxanalarda həkim və mütəxəssis çatışmazlığı.
Heç kəs inkar etməz ki, Azərbaycan xalqının özünə məxsus milli adət-ənənəsi əsasən rayon və kəndlərimizdə daha çox yaşadılır, qorunur. Təbii ki, əhalinin köçü adət-ənənələrimizin, ailə anlayışının deformasıyasına da səbəb olur.

Hazırki forma və istiqamətdə regionlaşma Azərbaycan dövləti üçün böyük problemlər yaradır, dövlət və milli təhlükəsizliyimizə ağır zərbə vurur. Fakt budur ki, regionlaşma bir başa dövlət xərclərinin optimallaşdırılması, xərclərin azaldılması məqsədilə ilə aparılır. Ancaq, dövlət orqanları kommersiya və ya özəl təşkilatı deyil. Dövlət, dövlətçilik, Milli maraqlara kommersiya, gəlir yaxaşması əsla doğru deyil. Dövlət orqanları bazar iqtisadiyyatına aid deyil, nə də bazardır.

İndiki formada regionlaşma bir başa Konstitusiyamıza zidd istiqamətdə aparılır. Konstitusiyamızın 15-ci maddəsinin II - ci bəndində
"Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Yəni Azərbaycan dövləti sosial yönümlü dövlətdir.

Həmçinin indiki formasında regionlaşma Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının mahiyyətinə, fəlsəfəsinə tamamilə ziddir.

Konstitusiyamızdan, Prezident fərmanından irəli gəlir ki,
regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına hesablanıb.
Dövlət siyasətinin əsl mahiyyətinə zidd olan və təhrif olunmuş formada regionlaşdırma proqramı dayandırılmalıdır və regionların inkişafı yerli əhalinin məşğuliyyəti və ərazinin iqtisadi və təbii imkanları nəzərə alınmaqla aparılmalıdır.


Azərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Dövlət Məşğulluq Agentliyi
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr