İran çalxalanır: ana dilinin qorunmasıyla bağlı çağırışlar
İranda haqqı, hüququ tapdalanan, dilinə qadağalar qoyulan xalqlar ana dili hüquqlarının pozulmasına qarşı Tvitterdə #Monofarsi həştəqi ilə etiraz kampaniyası başladıb.
Tv 713. az xəbər verir ki, kampaniya iştirakçıları İranın təkdilli sisteminin qeyri-fars xalqlara yaratdığı çətinliklərə etiraz edirlər.
Onlar ana dillərində təhsil ala bilmədikləri üçün əzab çəkdiklərini bildiriblər.
Sosial şəbəkə istifadəçiləri təhsil alarkən farsca danışmağa məcbur olmanın acı nəticələrini, habelə ləhcə ilə danışdıqları üçün üzləşdikləri təhqirləri bölüşüblər.
Kampaniya iştirakçıları “#Monofarsi” həştəqi ilə beynəlxalq konvensiyalarda nəzərdə tutulan dil hüquqlarının pozulmasına və İranın təhsil sistemində onlara qarşı ayrı-seçkiliyə etiraz ediblər.