Gürcüstan Gəncə qapılarının mühafizəsini gücləndirdi
Fevralın 5-də Mədəni İrs Agentliyi Gelatidə yerləşən Gəncə qapısını qorumaq üçün Kutaisinin 6 polis müfəttişi ilə müqavilə imzalayıb.
Tv 713 .az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilib ki, agentlik bir ay ərzində müfəttişliyə 6100 lari ödəyəcək. Qapının yaxınlığında dəyəri 518 lari məbləğində olan 4 müşahidə kamerası və siqnalizasiya da quraşdırılıb.
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov fevralın 3-də jurnalistlərə açıqlamasında Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması məsələsinin müzakirə olunduğunu deyib. Növbəti gün Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Gəncə qapıları məsələsi Azərbaycanla ikitərəfli münasibətlərin gündəliyində yer almayıb.