DİN ADI ALTINDA QƏTLİAM VƏ GÜNEY AZƏRBAYCAN DİRƏNİŞİ
İGİD TEYMURLU
VƏ FƏRQİNDƏ OLMADIĞIMIZ GÜCÜMÜZ
Biz itirdik, bunlar qazandı. Biz susduq, bunlar üstümüzə gəldi. Biz "balanslı siyasət"in yanında olduq, bunlar zaman-zaman balansı pozdu. Beləcə içimizdən keçən zamanı elə beləcə də fövtə verməkdəyik...
Biz hələ də ÖZ GÜCÜMÜZÜ yetərincə qiymətləndirə bilmirik, ya da ki, gücümüzün fərqində deyilik.
50 MİLYONLUQ BİR XALQ ÜSTƏGƏL "İTİQOVANLAR"IMIZ DA ÖZ YERİNDƏ...
YETƏR Kİ, AND İÇDİYİMİZ BİRLİYİMİZƏ ƏMƏLİMİZLƏ SAHİB ÇIXAQ, dünyanın harasında olmasından asılı omayaraq hər bir soydaşımızın tapdalanan haqqı bizim haqqımız.
Çar Rusiyasının və şah rejimi olan Iranın timsalında olmayan hüquqi subyektlərin imzaladıqları müqavilənin ağrı-acısı 200 ildir ki, Azərbaycan türkünü əzməkdə, tapdalamaqda.....
VƏ Qərb "demokratiyası" da bunu ahəstə-ahəstə seyr etmədə...
Elə həmin 200 illik rus, fars, erməni məkrinin tərkib hissəsi olan Qarabağ probleminin çözümündə öz gücümüz özümüzə necə həyan oldusa Güney Azərbaycan probleminin çözümündə də ilk olaraq öz gücümüzü səfərbər etməli və tapdalanan haqqımızın müdafiəsinə qalxmalıyıq...
HAQQIMIZA SAHİB ÇIXMAQ ÜÇÜN GÜNEY AZƏRBAYCANDAKI TÜRK QƏTLİAMINA "DUR!" DEMƏLİYİK, TÜRKÜN TAPDALANAN HAQQINA SAHİB ÇIXMALIYIQ!
"30 il ərzində işğal altında olan torpaqlarımızla sərhəddə təlim keçməyən" İranın Qafan şəhərinə təyin olunmuş baş konsulu Murtaza Abedin Varami
"Mən Qafanlılara məsləhət görürəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq" deyirsə,
bizlər nədən
teokratik rejimin zülmünə qarşı Quzey Azərbaycanda "haqq, ədalət, milli hökumət" hayqıran 40 milyon soydaşımızın, 40 MİLYON DÖYÜŞÇÜMÜZÜN, 40 MİLYON VƏTƏN FƏDAİMİZİN yanında olmağımızı ən azından elə İran rəsmilərinin özü kimi açıq mətnlə bəyan etməyək!?
İran adlanan şər imperiyası Zəngəzur dəhliziylə bağlı apaydın bir şəkildə təhdid diliylə danışıb əzələ nümayiş etdirirsə,
bizlər nədən
teokratik rejimin hər cür sərsəmləməsinə mağmuncasına baxıb gözləmə mövqeyində dayanmalıyıq, susmalıyıq!?
İran adlanan şər imperiyasının rəsmilərinin verdiyi açıqlamalar ardıcıl olaraq bölgə dövlətləri arasındakı münasibətləri gərginləşdirməyə xidmət edirsə, din adına söykənərək türk QƏTLİAMINA qol qoyulursa,
bizlər nədən elə hey "balanslı siyasət"in peşində dayanmışıq!?...
Zatən İran tərəfi atdığı addımlarla, rəsmilərinin verdikləri açıqlamalarla öz səfini çoxdan, özü də lap çoxdan müəyyənləşdirib....
Bizsə elə hey onlara xitabən Quran oxuyuruq. Guya ki...
BU GÜN ÖLKƏİÇİ SİYASİ QÜVVƏLƏR VƏ AZƏRBAYCAN HAKİMİYYƏTİ FARS REJİMİNİN ZÜLMÜNÜ VƏ GÜNEY AZƏRBAYCANDAKI DİRƏNİŞİ BÜTÜN MÜMKÜN VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ DÜNYAYA ÇATDIRMALI VƏ BÜTÜN GÜCÜMÜZLƏ BÜTÖV AZƏRBAYCANLI OLMALIYIQ!!!!
QALX AYAĞA, AZƏRBAYCAN!!!
İtirdiklərimizə sahib çıxmanın tam zamanı! Çox susduq, rusu da, farsı da, ermənisi də bunu başqa cür dəyərləndirdi, bizi elə hey ayaqlamağa çalışdılar və çalışırlar. Biz "balanslı siyasət"in yanında olduq, bunlar erməni və digər faktorlarla elə hey balansı pozdular. İndi də KİMLİYİMİZ Güney Azərbaycanda ayaqlanmaqda!!! İndi 50 MİLYONLUQ GÜCÜMÜZLƏ, "İTİQOVAN"LARLMIZLA BİR OLMAĞIN, BÜTÖV OLMAĞIN tam zamanı. Ötən illərin eyforiyasını, ötən illərin nifrətini, ötən illərin qəzəbini, ötən illərin iddialarını, ötən illərin yanlışlarını bir yana qoyub
50 MİLYONLUQ GÜCÜMÜZLƏ, "İTİQOVAN"LARLMIZLA BİR OLMAĞIN, BÜTÖV OLMAĞIN tam zamanı. Zamanı fövtə VERMƏYƏK...