Avropalı liderlərdən çağırış
Böyük Britaniyanın Baş naziri Boris Consonla Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında telefon danışığı baş tutub
Tv 713. az Report-a istinadla xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yaydığı bəyanatda deyilir.
“Ukrayna sərhədindəki ağır vəziyyəti müzakirə edib və dünyanın yaxın saatlarda və günlərdə ayıq-sayıq qalması ilə bağlı razılığa gəliblər. Baş nazir bu günə qədər sanksiyalar məsələsində yaxın əməkdaşlığa görə sədr Ursula fon der Leyenə təşəkkür edib və bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynanın suverenliyini pozarsa, Rusiyanı cəzalandıracaq iqtisadi tədbirlər paketi üzərində müttəfiqlərlə işləməyə davam etməlidir”.