Moskvaya PUA hücumu: Yaşayış binaları vuruldu

Aktual / Dünya / Manset 10-sen, 10:419 tv713 8 0





Gecə saatlarında Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücumu edilib.

Tv 713..az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, ilk hücum Lyubertsı şəhər dairəsinə edilib. Daha sonra Jukovski rayonunda PUA-lar vurulub. Yerli sakinlərin bildirdiyinə görə, azı 6 partlayış səsi eşidiblər.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoe, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA vurub.

Rusiya mətbuatı Ramensk rayonundakı yaşayış binasında 11 və 12-ci mərtəbələrdə yanğın baş verdiyini yazıb.

Digər yaşayış binasında isə 20-yə yaxın mənzildə yanğın olub. 3 nəfər qəlpə yarası alıb.

Jukovski aeroportuna da PUA-nın düşdüyü barədə məlumat yayılıb.

Domodedovo, Vnukovo və Jukovski aeroportlarının fəaliyyəti dayandırılıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr