Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi yeni layihəyə start verdi

Cəmiyyət 04-mar, 08:219 tv713 190 0
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi yeni layihəyə start verdi


İnnovativ təşəbbüslərin təşkili və beynəlxalq təcrübə

Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi(ADPYM) IB Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Autizmli uşaqların valideynlərinin bacarıqlarının artırılması məqsədi ilə innovativ təşəbbüslərin təşkili" layihəsinə start verilib.

Bununla bağlı Tv 713. az saytına layihənin rəhbəri ÇİÇƏK MƏMMƏDLİ məlumat verib.


Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi yeni layihəyə start verdi
Çiçək xanımın bildirdiyinə görə, "bunun üçün xüsusi sayt yaradılır və saytda autizmə aid digər məlumatlarla yanaşı təlim və məşğələlər bölməsi də nəzərdə tutulub. Həmin bölmədə Mərkəzimizdə keçirilən məşğələlər, eyni zamanda beynəlxalq təcrübələr də tətbiq edilir.

Fevral, mart, aprel aylarını əhatə edən layihənin əsas məqsədi autizmli övladı olan valideynlərin bacarıqlarının artırılması məqsədi ilə Beynəlxalq təcrübələrin tətbiqini mobil versiyadan onlar üçün əlçatan etməkdir.

Hər bir valideyn bu məşğələləri mobil versiyada a izləyə biləcək və övladına tətbiq edə biləcək.

Digər istiqamətlərimiz autizmə aid metodik vəsaitlər hazırlamaq və onu da mobil versiyada tətbiq etməkdir.

Bunlardan başqa 2 Aprel Ümumdünya Autizm Günü ilə əlaqədar geniş konfrans keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda beynəlxalq ekspertlərin iştirakından ibarət zoom üzərindən autizmə aid təlim və seminarlar, həmin təlimlərdə valideynlərin və mütəxəssislərin iştirakını təşkil edirik.

Layihəmizin ən maraqlı hissəsi autizmli uşaqların aktyorluq bacarıqlarının üzə çıxarılması məqsədi ilə "Tıq-tıq xanım"nağılının səhnələşdirib film şəklində çəkilməsidir. Bu, valideynlərin öz uşaqlarına inamının daha da artırılmasına xidmət edəcək. Unutmayaq ki, autizmli uşaqlar öyrənməyə deyil öyrədilməyə dirəncli olurlar".

Müşfiq Rəhimov
tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr