Bu gün Azərbaycanda autizm sahəsində yaradılmış ilk sayt "autizm. az" saytının yenidən bərpasının təqdimat mərasimi keçirilib.
Tv 713. az xəbər verir ki, bununla bağlı Autizm Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbir Azərbaycanın dövlət himni ilə açılandan sonra Şəhidlərimizin və helikopter qəzasında həlak olan on dörd igid zabitimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq tədbirdə çıxış edən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli(Qəzənfərqızı) kütləvi informasiya vasitələrinə qonaqları təqdim edib.
Tədbirdə Beynəlxalq Əlillər Cəmiyyətinin sədri, "Əlillər Dünyası" qəzetinin baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycanda ilk Uşaq təşkilatının rəhbəri, saysız kimsəsiz uşaqlara sahib duran, onlara təhsil verən, təmənnasız olaraq maddi və mənəvi yardımlar edən Gülər xanım Əhmədova, İstedadlı Əlillər İctimai Birliyinin nümayəndəsi Rafael Quliyev və digər təşkilat nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Beynəlxalq Əlillər Cəmiyyətinin sədri, "Əlillər Dünyası" qəzetinin baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev 2008-ci ildə dəfə Beynəlxalq səviyyədə ilk autizm konfransı keçirməyindən, autizmi gündəmə gətirməyindən danışıb.
Sonra Gülər Əhmədova autizmin psixoloji problem olmağından və onun həlli yollarından danışıb.
Daha sonra çıxış edən Mərkəzin mütəxəssisi, pedaqoq-psixoloq Samirə Mustafayeva saytı tədbir iştirakçılarına təqdim etdi .Təqdimatdan sonra tədbir iştirakçıları mövzu ətrafında ətraflı çıxış ediblər, xatirə şəkilləri çəkdiriblər.
Tv 713. az