Kulebadan ilk açıqlama: Görüş nəticəsiz oldu
Əslində həm asan, həm də çətin görüş idi. Lavrov ənənəvi povestlərini davam etdirdi. Mən əlimdən gələni etdim. Ən azından diplomatik həll yolu tapmağa çalışdım.
Tv 713..az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya XİN rəhbəri Sergey Lavrovla Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Antalyada keçirdiyi görüşdən sonrakı mətbuat konfransında deyib.
“Mən humanitar məqsədlə gəlmişəm. Biz 24 saatlıq atəşkəs istəyirdik. Ən təcili humanitar vəziyyətləri idarə etmək nəzərdə tutulmuşdu. Bununla bağlı heç bir irəliləyiş əldə etmədik. Bu formatda yeni söhbətlər apara bilərik. Torpaqlarımızın rus işğalından azad olunması üçün səylərimi davam etdirəcəyik.
Çavuşoğlu bizim üçün çox mühüm vasitəçi rolunu oynadı, ona təşəkkür edirəm”, - Kuleba vurğulayıb.
O bildirib ki, mənim vəzifəm humanitar dəhliz yaratmaq idi:
“Biz indi müharibəni dayandıra bilmərik, çünki bu hücumu Ukrayna həyata keçirməyib. Biz indi müdafiə olunuruq