Ermənilərin Şaxta babasının "hədiyyəsi"

Dünya 02-yan, 07:359 tv713 43 0


Ermənilərin Şaxta babasının "hədiyyəsi"




Ermənistan cəmiyyəti silahı yerə qoymaq, bölgədə sülhü bərqərar etmək, qonşu xalqlarla barışmaq kimi fikirlərdən, deyəsən, hələ çox uzaqdır.

Tv 713. az Baku TV-yə istinadla xəbər verir ki, az qala hər gün müxtəlif sosial şəbəkələrdə yayılan fərqli görüntülər bunu bir daha təsdiq edir.

Növbəti belə videomaterial Yeni il, daha dəqiq desək, bu bayramın ümumbəşəri personajı Şaxta baba ilə bağlıdır. Kadrlarda əfsanəvi personajın hərbi poliqonda azyaşlıya avtomat silahdan necə atəş açıldığını əyani şəkildə nümayiş etdirməsi əks olunub.

Qonşularımız hətta bütün dünyada xeyirxahlığı təmsil edən bir obrazdan belə təcavüzkar “düzəltməyi” bacarıblar. Bu azmış kimi, mifik qoca bunu uşağın gözü qarşısında edərək “ona Yeni il hədiyyəsi” kimi silahla davranmağı öyrədir.

Bir sözlə, dünyəvilikdən, humanizmdən danışan xalq uşaqların gözü qarşısında Yeni ilin atributunu döyüşçüyə çevirib.


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar