Bakı Kiyevə 30 tondan çox yardım göndərdi
Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib.
Tv 713. az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
"Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib", - məlumatda deyilib.