Rusiya mediası itkilərinin sayını açıqladı
Rusiya ordusunun Ukraynadakı müharibədə şəxsi heyət itkisinin sayı 9861 nəfərdir.
Tv 713.az UNİAN-a istinadla xəbər verir ki, belə bir məlumatı “Komsomolskaya pravda” Rusiya Müdafiə Nazirliyinə istinadla 20 martda yayıb.
“Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada aparılan xüsusi hərbi əməliyyatın gedişində Rusiya ordusu 9861 nəfər itirib, 16153 nəfər yaralanıb”, - məlumatda qeyd edilib.
“Veb Arxiv”də (Web Archive) bu məlumat 21 mart axşam saatlarına qədər qalıb. Daha sonra məlumat saytdan götürülüb, buna baxmayaraq, arxivdən hazırda da orijinalı oxumaq mümkündür.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2 martda 498 əsgər itirdiyini elan etmişdi. Ondan sonra şəxsi heyət itkisi barədə məlumat yenilənməyib.
Ukrayna isə 15 minə yaxın rus əsgərinin məhv edildiyini bildirir.