Lukaşenkodan Buça faciəsi ilə bağlı şok açıqlama
"İngilislər Buçada xüsusi əməliyyat, psixoloji əməliyyat keçiriblər".
Tv 713.az Report-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra
keçirilən brifinqdə söyləyib.
Onun sözlərinə görə, bu “xüsusi əməliyyat”da iştirak edənlərin avtomobil nömrələri, onların markalarını Rusiyanın Federal Təhlükəsizlik Xidməti təqdim edə bilər.
Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.
Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.