Putin müharibəni niyə dayandırmır? - Səbəb

Aktual / Dünya / Manset 19-okt, 09:259 tv713 5 0






Kremlin ABŞ Prezidenti Donald Trampın döyüş əməliyyatlarını dayandırmaq çağırışına baxmayaraq, bunu etməkdə maraqlı deyil, çünki Rusiya qoşunları Ukraynada cəbhə xəttinin bir neçə istiqamətində irəliləyir.

Tv713. az axar.az-a istinadla xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Qeyd olunur ki, Rusiya ordusu xüsusilə güclü hava bombardmanlarının hesabına uğur qazanır. Məsələn, təkcə cümə günü rekord sayda — 268 idarəolunan aviasiya bombası istifadə edilib. Müqayisə üçün, son həftələrdə bu göstərici gündəlik orta hesabla 170–180 arasında olub.

Bundan əlavə, Rusiya hər gecə bütün Ukrayna ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirir, əsasən enerji infrastrukturu obyektlərini hədəfə alır. Sentyabr ayında işğalçılar sutkada orta hesabla 180-dən çox PUA buraxıblar ki, bu da ilin əvvəlindəki göstəricidən 2 dəfədən çoxdur.

Beləliklə, analitiklərin fikrincə, Kremlin kompromisə getməsi üçün heç bir stimulu yoxdur.

“Moskva dronlardan istifadə üçün yeni üsullar işləyib hazırlayıb. Bu üsullar Ukrayna hərbçilərini aşkar etmək və məhv etməyə, həmçinin Ukrayna obyektlərini dağıtmağa imkan verir. Beləcə, əvvəllər zəif nöqtəsi sayılan sahə indi onun üstünlüyünə çevrilib,” – deyə analitik Dara Massikot yazıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr