Rus ordusu 48 km geri atıldı: Ukrayna sərhədə çıxır?

Dünya 10-may, 14:029 tv713 31 0
Rus ordusu 48 km geri atıldı: Ukrayna sərhədə çıxır?


Rusiyalı hərbçilər nəyin bahasına olursa-olsun, öz mövqelərini Xarkov kənarında qorumaq qərarına gəliblər. Bunun üçün əlavə batalyon-taktiki qruplar Belqorod vilayətinə çəkilib.

Tv 713. az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

“Mayın 9-da Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu şimalda yalnız üç batalyon taktiki qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Xarkovu şimal və şərqdən at nalı şəklində mühasirəyə almaq səylərini davam etdirir. Ruslar Belqorod vilayətində 19 batalyon taktiki qrupu toplayıblar. Yəqin ki, onlar Ukrayna ordusunun Rusiya ilə sərhədə çatmasının qarşısını almaq üçün Xarkov istiqamətini gücləndirə bilərlər. Son bir həftə ərzində Ukrayna qüvvələri düşməni şərqdə təxminən 48 kilometr geri atıb. Söhbət Volçanski rayonunun Starıy Saltov kəndinin azad edilməsindən gedir. Rusiya mayın 9-da İzyumun cənub-şərqinə və ya cənub-qərbinə hücum etməyib, lakin yaxın günlərdə hücum əməliyyatlarını bərpa etmək üçün lazım olan qüvvələri cəmləşdirməyə çalışır. Eyni zamanda, Rusiya gizlətməkdə davam etdiyi döyüş itkilərinin kompensasiyası ilə bağlı ciddi problemlə üzləşib”, - məlumatda deyilir
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr