Hikmət Hacıyev “El Mundo”ya danışdı

Siyasət 16-okt, 17:329 tv713 50 0
Hikmət Hacıyev “El Mundo”ya danışdı


Prezidentin köməkçisi “El Mundo”ya danışdı: “Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib.

O, “Twitter” hesabında bu barədə paylaşım edib.

H.Hacıyev xarici jurnalistin ona verdiyi “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ərazisində hərbi vəziyyətə nəzarət etmələri üçün sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklifinə münasibətiniz necədir?” sualını cavablandırıb.

“Azərbaycan hərbi əməliyyatları başqa ölkənin ərazisində deyil, öz suveren ərazisində aparır. Biz hesab edirik ki, hazırda bizim belə bir şeyə ehtiyacımız yoxdur. Lazım olan BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən Azərbaycan ərazisi kimi tanınan torpaqlarımızın Ermənistan işğalından azad olunmasına təsir etməkdir.

Əvvəlcə Ermənistan Silahlı Qüvvələri ərazidən çəkilməlidir. Bundan sonra sülhməramlılar barədə danışa bilərik. Hazırda bunun zamanı deyil. Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”, - deyə Prezident köməkçisi cavab verib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr