Əliyev Mişel və Paşinyanla görüşdü: İlkin razılaşma...
Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Tv 713. .az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Müzakirələr nəticəsində regional kommunikasiyaların açılmasına yönəlik işlərin gələcək prosesi, sərhədin delimitasiyası və təhlükəsizliyi (Ermənistan-Azərbaycan - red.) üzrə komissiyanın işə başlaması barədə razılıq əldə olunub.
Həmçinin, iyul və ya avqust aylarında bənzər görüşün təyin edilməsi qərarlaşdırılıb.