Dünyada qaçqın uşaqların sayı 36,5 milyona çatıb
2021-ci ilin sonunda İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq qaçqın düşən uşaqların sayı ən yüksək rəqəmə - 36,5 milyona çatıb.
Tv 713.az xəbər verir ki, bu barədə UNİSEF məlumat yayıb.
Bildirilib ki, son 10 ildə dünyada qaçqın və köçkünlərin sayı iki dəfə artıb. Onların çox hissəsi isə uşaqlardır.
UNISEF-in hesablamalarına görə, hazırda uşaqların üçdə bir hissəsindən çoxu Afrikanın cənub-şərqində, dörddə biri Avropa və Mərkəzi Asiyada, 13 faizi isə Yaxın Şərq və Şimali Afrikada yaşayır.