Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub

Aktual / Siyasət / Dünya / Manset 25-iyl, 15:229 tv713 2 0





2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Möhsün Yazıçıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb.

Tv713.az Report-a istinadla xəbər verir ki, bu barədə "TRT Haber"in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.

Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən F-4 qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin "Fətullahçı" terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün "Türk Silahlı Qüvvələrindəki imamı" kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb.

"İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıçıoğlu FETÖ-nün hədəfində idi", - A.Gürlek bildirib.

Qeyd edək ki, 2009-cu ilin martında içində M.Yazıçıoğlunun olduğu helikopter Qəhrəmanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb.

Üzərindən 17 il keçdikdən sonra hadisə ilə bağlı araşdırma yenidən başladılıb və aparılan istintaq nəticəsində 19 nəfər saxlanılıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr