"MİR"şahinin "Mir"şahinə verdiyi qiymət

Manset / Yazarlar 13-sen, 01:479 tv713 72 0
"MİR"şahinin "Mir"şahinə verdiyi qiymət



İGİD TEYMURLU






Azad mətbuatın ƏVƏZi və çapılan Mətbu At REALlığı






Akademikindən tutmuş qaragüruhuna qədər "Mir"şahinə "Mir"şahindən (adındakı "mir" bildiyim qədərində sonradan qondarma olduğu üçün dırnaqda yazdım) gözəl qiymət verən olmaz. Bu yandan da tanınmış jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi də adamın görünməyən tərəflərini öz diliylə bəyan edib, "gözləyirəm, formadayam" deyən Mirinin ifşasını tam ortaya qoydu..

Adam, sən nəyi və kimi gözləyirsən? Sənin hansı formada olmağın zatən bu millətə bəlli. Sən publisistik fakturanla media sferasının hətta Birincisi olmaq imkanında ikən aşağı qatlara enib özünü mədə niyyətinə qurban verdin. Zaman sənə bir İnci olmağı da çox gördü, dəryalarda qərq oldun. Bu formanımı anlatmaq istəyirsən!?

Sən bu gün zamanında latayır yağdırdıqlarının yanında dayanmısansa demək ki, özün də onun eynisən, formanı anlatmağına dəyməz..

İllər öncəsi sən "Mir"şahin bir film çəkmişdin. "Bədbəxt Adam" adlandırdığın bu filmdə indi cütdəşməyinizdən həzz aldığın Eynulla Fətullayevin fakturasını o filmdə açmağa çalışır, Eynullanın gerçək xoxan obrazını cəmiyyətə təqdim etmək istəyirdin - çiyin-çiyinə işlədiyin Eynullanın.

Həyatı boyu çırmalanıb quru təzəkləri divara yapmağa çalışan sən "Mir" Şahin bezmədinmi belə cılız təfəkküründən!? Gör sən hansı təfəkkürün sahibisən ki, illər öncəsi "ölkənin ən böyük uydurmaçısı" kimi qələmə verdiyin Eynulla adlı şər maşınıyla indi bir cəbhədəsən? Hansı duanı QAYNADIB suyunu içsən də sənin bu halına kar etməz.

Ə kişi, fərqindəsənmi, səfində durduğun adam "...milli ziyalılığımızın rəmzi olan Anarla müqayisədə üstünlüyü erməniyə verən Eynullla"dır e!

Məntiqlə demək ki, sən özün də erməniləri milli ziyalılarımızdan üstün tutan ət və sümükdən ibarət varlıqsan!

Zamanında "Mir"şahinin milli ziyalılığımızın rəmzi saydığı Anara jurnalistin verdiyi suala dəyərli yazıçımızın verdiyi cavabından sitata baxın: "...həmin o Eynulla yazırdı ki, mən Zori Balayana Anardan çox hörmət bəsləyirəm...Yenə də həmin o Eynulla yazırdı ki, Xocalı soyqırımını Xalq Cəbhəsinin adamları özləri törədiblər. Əsil utanc budur"..

Bax indi həmin adamın, sən "Mir"şahinin təbirincə desəm, "ölkənin ən böyük uydurmaçısı"nın yaydığı səs yazısı ucbatından müstəqil mətbuatımızın daşıyıcılarından olan Əvəz Zeynallı həbsdədir. Müstəqil medianın necə olmasını cəmiyyətə təqdim edən Oğlan. Əvəzin də yanlışları olub. Amma Əvəz siz samozvanetslərlə müqayisədə mətbu prinsipləri daha çox qoruyub və sizlərdən fərqli olaraq mətbuatı siyasətin quyruğuna bağlamayıb. Gerçəkdə sən və səninkimilər narsistcəsinə təqdim etdiyiniz formada deyilsiniz, sizə o formanı geyindirən, bəli, bəli, geyindirən, sizi şişirdən qüvvələr böyükdür....

"Küçə və meydanlarda deyil, demokratik düzəndə hər kəsin bir fərdi etiraz aksiyası olmalıdır" deyən "Mir"şahin, neçə günlərdir ki, ƏVƏZ Zeynallı və Elçin Sadıqovun həbsiylə bağlı müxtəlif instansiyalar çərçivəsində sən dediyin "demokratik düzən"də etiraz dalğası hər yanı bürüyüb, nədən bunların təzahürü olan görüntüləri rəhbərlik etdiyin Real TV-də yayımlamırsan? Çünki sən müstəqil deyilsən. Sən və səninkimilərin müstəqil mətbuatdan danışmağa haqqınız yoxdur. Sizin üçün Zərdabi prinsipləri mədə niyyətilə alt qata enəndə, çılpaqlaşanda öldü. Mətbuatı öldürməklə sizlər MƏTBU Ata mindirildiniz. Yüyənli, yüyənsiz, yallama, hara istəyirsinizsə çapmaq sizlərə kimlə üstündə peşkəş edildi. Müstəqil mətbuatın yaradanları, əlinizdən tutub sizləri vaxtilə boylandığınız kanalizasiya lükündən çıxaran Azad Sözün və publisistikamızın Ağsaqqalını, Ağsaçlısını belə görməz oldun. Onun haqqına girənləri, Ona "cızma qara edən" deyənlərə bir söz deməyə gücün çatmadı, kölgədə özünü günə verməyi üstün sandın. Oxumadın millətin "Ömür Kitabı"nı....

"Bədbəxt Adam" filmində Eynulla üçün dediyin "o, jurnalist deyil, qəsdən böyük yalanlar uydurandır" ifadəsi indi sənin simanın cizgiləridir. Samozvanets "mətbu generallar" olaraq siz azad mətbuatın canlı hədəf qismində zaman-zaman qanımıza susamışların gilyotin aparatından keçirilməsində bilərəkdən, ya da bilməyərəkdən bir vasitəçi oldunuz.

Eynulla Fətullayev "fəaliyyətini, əqidəsini alt paltarı kimi dəyişən"dirsə, ayıb olmasın, sən onunla birgə fəaliyyətdə bulunanda hansı epizodik rolun ifaçısı idin?

"Beynəlxalq ictimaiyyətin heç bir sübut dəlil istəmədən" qəbul etdikləri Xocalı soyqırımı haqqında Eynulla bədnam "Qarabağ gündəlikləri" yazıb erməniləri xoşnud edəndə adam sən "Mir"şahinin yanında idi, ay sosial şəbəkədə deyildiyi kimi, "Yardımlının üz qarası".

Eynulla Azərbaycan məhkəmələrində bu əqidəsizliyini sonradan dansa da, ancaq güvəndiyi, inandığı, onlar vasitəsilə Azərbaycanı çarmıxa çəkdiyi Avropa Məhkəməsi də bildirdi ki, "bədbəxt adam" "..Xocalı soyqırımını AXC batalyonları özləri törədib" ifadəsini işlədib.

Onda Bütöv Azərbaycanın haqqına girən Eynulla indi də azad mətbuatı hədəf götürüb "ilanın başını əzəcəyik" deyir.. Siz özünüz nə əfi ilansınızmış...

Yəqin ki, çəkiliş xatirinə ( ANS-in belə saxta çəkilişləri çox olub, çox, illah da ki, döyüş bölgələrində., Laçında, başqa yerlərdə) "ermənilərə güllə atan" Eynullanın dəyişən səbəblər sırasında sonradan onun ermənilərin əhatəsində olması, Ermənistana edilən səfərləri bu "bədbəxt adamın səninlə deyil, şaginyanla işləməsini görən gözlərin nəyin müqabilində kor olub, ey öz "mir"inin yanlışlarını naxış kimi təqdim edən əsil bədbəxt Adam?...

Və bütün bunların fonunda doğrudan da, mən səni anlamıram ki, sən bütün bunların qarşılığında necə Eynulla Fətullayevin yanında ola bilirsən və heç məhkəmə belə qərarını verməmiş necə Eynullanın yanında durmaqla onun uydurduqlarını həqiqətin özü kimi qəbul edirsən!?

Əslində bütün bunları həm də çox gözəl anlayıram. Bunun üçün sən də əqidəndə, əxlaqında "Mir"şahin olmalısan, "mir"şahin! Mən inanmıram bir zamanlar dua-piti yazan kimi tanıdığım Molla Dilavər Kişi səni bu əxlaqda böyüdə. Səni mədə niyyətin belə formalaşdırdı - ən yüksəklərə qalxmaq eşqi səni ən alt qatda eşələnməkdən belə çəkindirmədi. Endin alt qatlara - qaşınmayan yerlərə! Qaşıntı salmağı yaşam tərzinə çevirməkdən utanmadın, usanmadın...

Səni hansı ÇİN dəyişdi "Mir"şahin? Vaxtilə "bütün fəaliyyəti boyu dövlətə və dövlətçiliyə qarşı müxalifətdə olan bədbəxt adam" indi sənin üçün nə yaman əziz girami oldu? Vaxtilə "jurnalist" kimi tanımaq istəmədiyini kim sənin boynundan tutub tanıtdırdı?

Akademikindən tutmuş qaragüruhuna qədər sən "Mir"şahinə "Mir"şahindən gözəl qiymət verən olmaz. Əvəz Zeynallı ilə Elçin Sadıqovun həbs edilməsini kim ki, qələbə sanırsa, qoy şansın. Mən də o fikirlə razıyam ki, "bəzən qələbə məğlubiyyətdən qat-qat şərəfsiz olur"...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr